Uşaqlar üçün ekoloji laboratoriya
Tarix: 03.02.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Uşaqlara erkən yaşlardan təbiətə qayğının aşılanması onların gələcəkdə bitki və heyvanat aləminin qoruyucuları kimi yetişmələrinə imkan verir. IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsinin fevralın 14-də keçiriləcək növbəti təlimi də məhz uşaqların heyvanlarla tanışlığına və onlarda heyvanlara qarşı sevgi hissinin aşılanmasına həsr ediləcək.
İctimai Birlikdən verilən məlumata görə, təlim zamanı uşaqlar ev heyvanlarına qayğı göstərməyin, onları bəsləməyin və yetişdirməyin sirlərini öyrənəcəklər. Onlara heyvanlar barədə maraqlı faktlar və məlumatlar izah olunacaq. Uşaqlar, həmçinin müxtəlif oyunlar və müsabiqələr vasitəsilə öz “kiçik dostları” barədə biliklərini nümayiş etdirəcəklər. Bununla yanaşı, uşaqlar əyani şəkildə ev heyvanı ilə tanış olacaq, onu yemləmək və qayğısına qalmaq imkanı əldə edəcəklər.
Layihənin ənənəsinə uyğun olaraq, laboratoriyanın gedişində “kiçik ekoloqlar” üçün laboratoriya tədqiqatları, müxtəlif bilik yarışmaları və maraqlı oyunlar da təşkil olunacaq, həmçinin kiçik incəsənət nümunələri yaratmaq üçün şərait yaradılacaq.
Təlim uşaqlara əyləncəli gün bəxş etməklə yanaşı, onların təbiəti daha yaxşı qavramalarına töhfə verəcək.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən İctimai Birliklə əlaqə saxlamaları xahiş olunur (Telefon: 497-63-16).
Növbəti təlimlər barədə elanlar mütəmadi olaraq mətbuatda dərc olunacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info