Qərb Universiteti ilə UIAA arasında müqavilə imzalanıb
Tarix: 03.02.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


3 fevral 2015-ci il tarixində Bakıda, Qərb Universiteti ilə Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) arasında Beynəlxalq Federasiyanın tərkibində fəaliyyət göstərən Dağların Mühafizəsi Komissiyasının "Dağların Mühafizəsi Mükafatı" ("Mountain Protection Award") proqramı çərçivəsində əməkdaşlıq və dəstək müqaviləsi imzalanmışdır.
Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qərb Universteti artıq 3-cü ildir ki, dağ turizminin inkişaf etdirilməsi üçün səmərəli marketinq proqramlarının hazırlanması, dağ ərazilərinin davamlı inkişafının təmin olunmasında elmi dairələrin iştirakı, dağların mühafizəsi üzrə səmərəli təcrübənin və siyasətin nəzərdən keçirilməsi, həmçinin elmi proqramlar vasitəsilə dağçı turistlərin dağların mühafizəsi monitorinqində fəal iştirakının təmin edilməsi kimi məsələləri diqqətdə saxlayan Komissiya ilə əməkdaşlıq edir və Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) fəaliyyətini dəstəkləyir.
Əməkdaşlığın konkret predmeti olan Komissiyanın təsis etdiyi "Dağların Mühafizəsi Mükafatı" ("Mountain Protection Award") proqramı, dağ turizminin inkişafı üçün dağ ətraf mühitinin mühafizəsi üzrə konkret tədbirlərə görə verilir və bu proqram ictimai maarifləndirmə, dağçılıq idman növlərinin təbliği, ekoturizmin inkişaf etdirilməsi və dağ ətraf mühitinin birgə mühafizəsi kimi konkret məqsədlərin həyata keçirilməsini qarşıya qoyur.
Bildiririk ki, 2013-cü ildən etibarən davamlı ekoloji turizmin inkişafında fəaliyyətləri ilə xüsusi olaraq seçilən “Golden Rock Travel” turizm şirkəti də Qərb Universiteti ilə birgə olaraq beynəlxalq səviyyəli bu prosesə qoşulmaqla həmin proqram çərçivəsində UİAA-nın "Dağların Mühafizəsi Mükafatı" proqramına dəstək göstərir.
Xatırladaq ki, mərkəzi ofisi Cenevrədə yerləşən Beynəlxalq Dağçılıq Federasiyanın (UIAA) məsul əməkdaşı Sofi Gerardın qatıldığı imzalanma mərasimi Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası (ADEİNFA) və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilmişdir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info