Merkel və Orban Ukraynanı silahlandırmayacaqlarını dedilər
Tarix: 03.02.2015 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Almaniya kansleri Angela Merkel və Macarıstanın Baş naziri Viktor Orban ölkələrinin Ukraynanı silahla təchiz etmək imkanını istisna ediblər. Onlar bu barədə Budapeştdə keçirilən birgə mətbuat konfransında bəyanat veriblər.
Alman hökumətinin başçısı deyib: “Biz Ukraynanı silahla dəstəkləməyəcəyik”. Macarıstanın Baş nazirini cavabı da çox kəsə olub: “Sualınıza təkcə bir sözlə cavab verəcəyəm: yox”.
A.Merkelin sözlərinə görə o, “qəti əmindir ki, mövcud münaqişəni hərbi yolla həll etmək olmaz”. Buna görə də kansler əlavə edib ki, Avropa İttifaqı bir tərəfdən sanksiyalar siyasətinə, digər tərəfdən isə böhranın diplomatik yolla nizama salınmasına ümid edir.
AFR və Macarıstanın liderləri Ukraynanın şərqində atəşkəs rejiminin “olduqca tez” bərqərar olmasının vacibliyini qeyd ediblər. A.Merkel vurğulayıb ki, “Ukraynanın ərazi bütövlüyünün təmin ediləcəyi stabil vəziyyətə nail olmaqda” Minsk razılaşmasının başlanğıc nöqtəsi olması barədə Berlin və Budapeştin mövqeləri eynidir.
“Almaniya gələcəkdə də buna səy göstərəcək” - deyə kansler diqqəti Ukrayna və Rusiya arasında münaqişə məsələsində Aİ-nin vahid mövqe tutmasının vacibliyinə yönəldib. Qeyd edib ki, “Avropanın gücü bizim yekdilliyimizdədir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info