Qafqaz Universitetinin rektoru AYB-nin qonağı olub
Tarix: 03.02.2015 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetinin rəhbərliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarı ziyarət edib. Görüşdə universitet və AYB arasında qarşılıqlı əməkdaşlıq haqda söhbət edilib. Universitetin rektoru, professor Ahmet Saniç görüş zamanı səmimi söhbət açaraq universitet daxilində tətbiq edilən yeniliklər və yeni açılmış laborotoriyalar haqqında məlumat verib: “Ölkə Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi xüsusi qayğı öz təsirini universitetimizdə də göstərməkdədir. Biz bu inkişafı AYB ilə əməkdaşlıq çərçivəsində daha geniş şəkildə həyata keçirmək istərdik. Bunun üçün də böyük məmuniyyətlə sizi “Ayın qonağı” olaraq universitetimizə dəvət edərək tələbələrimizlə görüşdürmək istərdik.” Rektor, universitet daxilində tələbələrdən təşkil olunan “Ədəbiyyat klubu” tərəfindən ədəbiyyat adamları ilə keçirilən görüşlərin əhəmiyyətindən bəhs edib.
Xalq yazıçısı Anar keçirilən görüşdən məmnunluq hissini dilə gətirib: “Qafqaz Universiteti təhsil səviyyəsinə görə öndə olan universitetlərdəndir. Mən bu görüşdən məmnunluq duydum və gələcək zamanlarda da universitetlə əməkdaşlıq edəcəyimizə inanıram. Düşünürəm ki, yazıçılarla tələbələr arasında keçiriləcək görüşlərin onların ziyalı kimi formalaşmasına və ədəbiyyatımıza faydası olacaq”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar
20.10.2019
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək
20.10.2019
Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info