Mətbuat Şurası Bərdədə tədbir keçirib
Tarix: 03.02.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının «Tanıyaq, tanıdaq» layihəsi çərçivəsində növbəti görüş Moskvada yaşayan azərbaycanlı jurnalist, publisist və şair Əliş Əvəzə həsr olunub. Tədbir jurnalistin doğulduğu Bərdədə rayon icra hakimiyyətinin yaxından dəstəyi ilə baş tutub. Yeni Azərbaycan Partiyasının yerli şöbəsində baş tutmuş tədbirdə rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şair və yazıçılar, jurnalistlər iştirak ediblər.
Toplantını giriş sözü ilə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev açıb. V.İsayev qədim Azərbaycan torpağı olan Bərdənin ziyalılar, işıqlı insanlar yurdu kimi səciyyələndirib. O, belə adamların əməyinə hər zaman qiymət verilməsinin vacibliyini vurğulayıb. V.İsayev həmçinin Azərbaycandan kənarda yaşayan soydaşlarımızın yaşadıqları bölgələrin ictimai həyatında iştirakının ölkəmizlə bağlı həqiqətlərin təbliği baxımından önəmindən bəhs edib: «Sözün cığırını öz dəsti xətti, şeri və publisistikası ilə Vətəndən kənarda qərarlaşmağı bacaran həmyerlimiz Əliş Əvəzin müstəsna xidməti Azərbaycan dilini yaşatmaq və qorumaq üçün mətbu orqan yaratmaq kimi çətin işin öhdəsindən uğurla gəlməsidir. O, ötən əsrin 80-ci illərinin əvvəllərində dünyanın sayılıb seçilən ali təhsil ocağı olan Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Həmin vaxtdan Moskva mühitində yaşayıb, işləyib. Ancaq onu tanıyandan sonra görürsən ki, bu gün də Bərdənin Piyadalar kəndində yaşayır və işləyirmiş kimi həmyerlilərindən seçilməyən saflığa, təvazökarlığa və təəccüb doğuracaq dərəcədə sadəliyə malikdir, doğma Azərbaycan dilinə hədsiz bağlıdır. Bu xarakteri şerlərində, publisistikasında dilimizə vəfa möhkəmliyinə və sədaqətinə hopub», - deyə V.İsayev vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun «Tanıyaq, tanıdaq» layihəsi çərçivəsində indiyədək görülmüş işlərdən söz açıb. MŞ sədri deyib ki, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın Vətənidir: «Əliş Əvəz yaradıcılığı ilə bu sözün məsuliyyətini tam mənada doğruldub. O, hələ 20 Yanvar faciəsinin baş verdiyi dönəmdə Moskvada azərbaycanlıların etiraz nümayişində iştirak edib. Jurnalist kimi faciənin miqyasını əks etdirən vərəqələri dərc etdirərək yayanlardan olub. Xocalı faciəsində 366-cı alayın iştirakı Rusiya mətbuatında ilk dəfə Əliş Əvəzin silsilə məqalələrində vurğulanıb», - deyən Ə.Amaşov Ə.Əvəzin Rusiyada Azərbaycan dilli mətbuatın təşəkkül tapmasına yönələn fəaliyyətinin müxtəlif spesifik cəhətlərindən də söz açıb.
Çıxış edənlərdən şair Telman Hüseyn, şəhər 8 saylı tam orta məktəbin müəllimi Vəsilə Hüseynova və başqaları şairin həyat və yaradıcılığının örnək xarakter daşıyan tərəflərindən söz açıblar.
Ə.Əvəz yaradıcılığına verdikləri dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Ömür yolunun ayrı-ayrı məqamlarından bəhs edən jurnalist ona ünvanlınmış sualları cavablandırıb. Şairə Mətbuat Şurasının və Bərdə Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub. Sonda Bərdə şəhər 3 saylı tam orta məktəbin şagirdləri Ə.Əvəzin şerlərindən kompozisiya təqdim ediblər.
Qeyd edək ki, jurnalist, yazıçı, publisist və şair Əliş Əvəz (Qasımov Əliş Əvəz oğlu) əslən Bərdə rayonunun Piyadalar kəndindəndir. 1956-cı ildə bu kənddə doğulub. Rayonun Kətəlparaq kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universiteninin jurnalistika fakultəsinə daxil olub. Təhsilini Moskva Dövlət Universitetinin jurnalistika fakultəsində davam etdirib.
Moskvada sovet Rusiyasının Yerli Sәnaye Nazirliyinin nәşriyyatında redaktor vә mәsul redaktor (1987-1991), Ümumittifaq “Neftyanik” kütlәvi-informatik jurnalında elmi redaktor, mәsul katib-baş redaktorun müavini (1991-1995), “Rossiyskaya Federasiya” qәzetinin xüsusi müxbiri işləyib.
2000-ci ildən Moskvada Azərbaycan dilində qəzetlərin yaranmasında (“Azәrbaycanın sәsi”, “Azәrbaycan diasporu”, “Asudә vaxt”, “Azәrros”) fəal iştirak edib. “Azәrbaycanın sәsi” qəzetinin baş direktoru vә redaktoru, 2004-cü ilin martından çıxan “Azәrros” qəzetinin şef-redaktoru, sonra baş redaktoru olub. Dünyəvi “21 Azәr” jurnalının Moskva tәmsilçisi vәzifәsini yerinә yetirib.
Hazırda “Diaspora inform” qәzetinin tәsisçisi (2002-ci il) vә baş redaktoru, Rusiya Federasiyası Dövlәt Tarix Muzeyinin әmәkdaşıdır. Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi-ictimai Cəmiyyətinin təsisçilərindən biri olmaqla, onun idarə heyətinin üzvü və sədr müavinidir.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info