Azərbaycan Stolüstü Tennis Federasiyası mətbuat konfransı keçirib
Tarix: 03.02.2015 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Milli Gimnastika Arenasında “2015 NN TABLE TENNİS CLUB ITTF- EUROPE TOP- 16 CUP “ turnirinin keçirilməsi ilə bağlı Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə və Avropa Stolüstü Tennis Birliyinin nümayəndəsi Roman Pleş iştirak ediblər. KİV nümayəndələrinin qatıldığı tədbirdə 6-8 fevral tarixlərində ilk dəfə Bakıda təşkil olunacaq “2015 NN TABLE TENNİS CLUB ITTF- EUROPE TOP- 16 CUP “ yarışları barədə ətraflı məlumat verilib. Federasiyanın baş katibi Səbuhi Mehdizadə belə bir mötəbər turnirin bu idman növü tarixində ilk dəfə olaraq keçirildiyini, yarışlarda Avropanın ən güclü 16 kişi və 16 qadın idmançısının, o cümlədən iki azərbaycanlı tennisçisinin, Fərhad İsmayılov və Məryəm İmanovanın iştirak edəcəyini diqqətə çatdırıb. Turnirin keçirilməsinin əsas məqsədinin stolüstü tennisin təbliğinin kütləviliyinin genişləndirilməsi, gənc nəslin bu maraqlı idman növünə daha çox cəlb edilməsi və Avropa Stolüstü Tennis Birliyi ilə mövcud əlaqələrin daha da genişləndirilməsi olduğu vurğulanıb. S.Mehdizadə Solüstü Tennis Federasiyasının ən mühüm strategiyasının bu idman növünün kütləviliyinin artırılmasından ibarət olduğunu qeyd edib. Baş katib yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının belə tədbirin tələblərinə tam cavab verdiyini, onun beynəlxalq standartlara uyğun olduğunu, yerləşdiyi məkanın həm əcnəbi qonaqlar, həm də seyrçilər üçün əlverişli olduğunu söyləyib. Avropa Stolüstü tennis Federasiyasının nümayəndəsi Roman Pleş telekanalların nümayəndələrinə mətbuat konfransına qatıldıqlarına görə həm öz adından, həm də Avropa Stolüstü Tennis Birliyi adından minnətdarlığını bildirib. Sözügedən yarışın tarixi barədə qısa məlumat verən R. Pleş diqqətə çatdırıb ki, 1971- ci ildən keçirilən bu turnir TOP- 12 adı daşımış və 44 ildən sonra yarışların TOP -16 adı ilə keçirilməsi qərara alınmış və ilk belə yarışın keçirilməsi Azərbaycanın payına düşüb. Yarışlarda 17 Avropa ölkəsindən 34 idmançı mübarizə aparacaqdır. L.Pleş yarışın Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını, onun bir neçə dəfə ölkəmizə səfər edib Stolüstü Tennis Federasiyasının işi ilə tanış olduğunu, son dövrdə qurumun fəliyyətində baş vermiş əsaslı dəyişiklərin olduğunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki , 4 min tamaşaçının izləyəcəyi turnirə Avropa ölkələrindən 150- yədək qonağın gəlişi gözlənilir. Sonda KİV nümayənəndələrinin sualları cavablandırılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info