“Ölkəmizin I Avropa Oyunlarına hazırlığı çox yüksək qiymətləndirilir”
Tarix: 03.02.2015 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


"Azərbaycan idmanının inkişafından çox danışmaq olar. Ən fərəhli hal odur ki, Azərbaycan idmanının inkişafı və uğurları haqqında təkcə biz yox, artıq dünya idman hərəkatının aparıcı xadimləri deyir, təsdiq edirlər". Bunu YAP-ın rəsmi saytına müsahibəsində Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev deyib.
Baş katib Azərbaycan idmançılarının iyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarına idmançıların bu yarışa böyük əzmlə hazırlaşdıqlarını bildirib. A.Abıyev geridə qalan 2014-cü ilin ölkə idmançıları üçün uğurlu olduğunu, bütün beynəlxalq çempionat və turnirlərdə 805 medal qazanıldığını xatırladıb. Onun sözlərinə görə bu rəqəm 2013-cü ilin nəticəsindən 60 medal çoxdur: "2014-cü ilin ən böyük yarışı Yeniyetmələrin Nankin Yay Olimpiya Oyunları idi. Bu Oyunlarda yeniyetmə idmançılarımız möhtəşəm nəticə göstərdilər. 200 iştirakçı ölkə arasında Azərbaycan komandası 12 medalla 10-cu yerdə qərarlaşdı. Bax, budur bizim uğurlu idman gələcəyimiz".
Millət vəkili I Avropa Oyunlarına təşkilati baxımdan hazırlığın çox yüksək qiymətləndirildiyini söyləyib: "Avropa idman xadimlərinin sözü ilə desəm, "Bakı-2015"ə hazırlıq Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və xüsusilə Təşkilat Komitəsinin sədri, ölkəmizin birinci xanımı, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yüksək hazırlıq işləri aparılır".
Proqrama daxil olan bir neçə idman kompleksi və Olimpiya kəndinin hazır, qalanlarının isə başa çatmaq üzrə olduğunu söyləyən A.Abıyev Bakıda keçiriləcək bu idman tədbirinin Avropa Oyunlarının ən birincisi və gələcəkdə də ən yaxşısı olacağını əminliklə ifadə edib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info