İctimai yerlərdə qurulan monitorlar vasitəsilə videoçarxların nümayişinə başlanılıb
Tarix: 03.02.2015 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ictimai yerlərdə qurulan monitorlarda yerli və əcnəbi vətəndaşların maarifləndirilməsi məqsədilə videoçarxların nümayişinə başlanılıb.
Xidmətin əməkdaşları tərəfindən HD formatda 2 videoçarx hazırlanıb.
Videoçarxlarda qanunsuz miqrasiyanın yolverilməzliyi və fəsadları, qanuni miqrasiyanın faydaları, miqrantların yaşadığı yer üzrə qeydiyyatının vacibliyi məsələləri öz əksini tapıb.
Bundan başqa, muxtar respublikada olmaq, yaşamaq, əmək fəaliyyətinin qanuniləşdirilməsi üçün hər bir əcnəbi vətəndaşın Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməsinin vacibliyi də videoçarxlarda yer alıb.
Muxtar respublikanın Dövlət Miqrasiya Xidməti ötən müddətdə vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə ardıcıl tədbirlər reallaşdırılır. İctimaiyyətin miqrasiya sahəsində maarifləndirilməsi məqsədilə xidmətin əməkdaşları muxtar respublikanın müxtəlif bölgələrinə ezam olunur, maarifləndirici tədbirlər keçirilir. Bundan əlavə, sərhəd keçid məntəqələrində elektron məlumat köşkləri yerləşdirilib. Bu köşklər üç dildə – Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu üç dildən münasib olan birində “Sual-cavab” xidmətinə, həmçinin qurumun elektron ünvanlarına onları maraqlandıran məsələlərlə bağlı müraciət etmələri və vaxtında hüquqi yardım almaları üçün lazımi təşkilati tədbirlər görülüb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info