“Aykakan Jamanak”: “Ermənistanda iqtisadi durum heç vaxt belə pis olmamışdı”
Tarix: 03.02.2015 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


“Aykakan Jamanak” qəzeti yazır ki, Ermənistan xarici investorlar üçün onsuz da zəif olan mövqelərini get-gedə itirir. Beynəlxalq reytinq agentliyi olan “Fitch rating” Ermənistanın xarici və daxili valyutada uzunmüddətli reytinqini “BB-”-dan “B+”-a endirib. Ölkəni qiymətli kağızlarla bağlı reytinqi də bu qayda ilə endirilib. Son dövrdə Ermənistanın iqtisadi reytinqinin endirilməsi ilə bağlı bu üçüncü hadisədir. İki həftə əvvəl “Moodys” reytinq agentliyi də Ermənistanın reytinqini aşağı salmışdı. Ermənistanda iqtisadi inkişafın tempinin azalması və tənəzzüllə bağlı Avropa Bankının proqnozları da bura əlavə olunsa, aydın olur ki, bu ölkə xarici investorlar üçün maraqsız ölkəyə çevrilib. Bütövlükdə heç vaxt Ermənistandakı maliyyə-iqtisadi vəziyyət belə pis olmamışdı. Qəzetin məlumatına görə, bu il xaricdən Ermənistana gələn pul transfertləri yarıbayarı azalacaq, ixrac isə 10-15 faiz ixtisar olunacaq. “Hazırda Ermənistanın xarici valyuta ehtiyatları son beş ilin ən aşağı səviyyəsindədir. Bununla belə, Ermənistan hökumətinin heç biri ümidi yoxdur ki, hansısa xarici dövlət və ya beynəlxalq maliyyə qurumları onlara iri yardım göstərəcək. Hökumətin xalqı qarət etməkdən və bundan həzz almaqdan başqa yolu qalmayıb”,- deyə qəzet yazıb.
Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info