Metro ərazisində sosial fotoreklamların əhatə dairəsi genişləndiriləcək
Tarix: 03.02.2015 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteni ərazisində yayılan sosial xarakterli fotoreklamların əhatə dairəsi genişləndiriləcək. Bu barədə Trend-in sorğusunu cavablandırarkən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbə rəisinin sözlərinə görə, Bakı Metropoliteni bir sıra sosial xarakterli fotoreklamlar hazırlayaraq onları özünün nəzarətində olan stansiyalarda quradırıb: “Bunlardan birincisi - "Yarışa hazırlaşırsan? Unutmayın ki, metro yarış meydançası deyil" şüarlı silsilə fotoreklamlar 5 mövzunu əhatə edir. Bunlar ictimai nəqliyyatda yaşlılara, əlillərə və uşaqlı qadınlara yer verilməsi, eskalatorlarda qaçmağın təhlükəli olması, turniketlərin üstündən tullanma, stansiyalarda təhlükəsizlik qaydalarına əməl edilməsi, metronun zibillənməməsi və qatara minib-düşən sərnişinlərə yol verilməsinə həsr edilib. “Mütaliə zehni zənginləşdirir” devizli sosial reklam isə insanları mütaliə etməyə səsləyir”.
N.Paşayev qeyd edib ki, belə fotoreklamların Bakı Metropoliteninin bütün stansiyalarında quraşdırılması nəzərdə tutulub.
Metropoliten sözçüsü bidirib ki, gələcəkdə sosial xarakterli reklamların mövzu dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub: “Məsələn, bunlardan biri metroda sərnişinlərin qulaqcıqlardan istifadə edərək gəzmələri ilə bağlı ola bilər. Əvvəla, qulaqcıqlarla musiqi dinləmək platformalarda sərnişinlərin diqqətini yayındırır. Nəticədə qatarın güzgüsü qulağında qulaqcıq olan sərnişinlərə dəyir. Belə olan halda ya həmin adam yıxılaraq relslərin üstünə düşür, ya da ən azından başından və ya bədənindən xəsarət alır. Vaqonda olarkən isə taqqıltı ucbatından insan musiqini eşitmək üçün onun səsini qaldırmağa məcbur olur. Yüksək tonda musiqi dinləmək isə bir müddət sonra həmin insanın qulaqlarında eşitmə probleminin yaranmasına səbəb olur”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info