İtaliyanın “Corriere della sera” qəzeti Azərbaycanda neft sənayesinin inkişaf tarixindən bəhs edib
Tarix: 03.02.2015 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


İtaliyanın “Corriere della sera” qəzetində Azərbaycanda neft sənayesinin inkişaf tarixindən bəhs edən məqalə yerləşdirilib. Yazıda bildirilir ki, italiyalılar Xəzər nefti ilə bağlı ilk məlumatları tanınmış italyan səyyahı Marko Polonun qeydlərindən əldə ediblər. Məşhur səyyah Bakını “su əvəzinə neft axan bir məkana” bənzədib və bu şəhərdə gördüyü neft qaynaqlarından heyrətləndiyini dilə gətirib. Vurğulayıb ki, Azərbaycanda neftlə müalicə də ənənə halını alıb. Neftdən hazırlanan məlhəmlər müxtəlif dəri xəstəliklərinin müalicəsi üçün istifadə olunur.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanın “Odlar Yurdu” adlandırılması heç də təsadüfi deyil. Atəşgah məbədində yerin təkindən çıxan alov hamını heyrətə gətirir. Azərbaycanın paytaxtı Bakı Böyük İpək Yolunun üzərində yerləşməsi baxımından da hələ qədim dövrlərdən önəmli bir şəhər olub. Bakının Dubaya bənzədiyini bildirən müəllif Bakı-Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəmərindən və bu layihənin Azərbaycanın inkişafına töhfə verməsindən də bəhs edib.

Bibiheybət məscid-ziyarətgah kompleksi ilə bağlı məlumat verən müəllif bu dini ocağın 1934-cü ildə sovet hakimiyyəti tərəfindən dağıdıldığını, yalnız ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində bərpa edildiyini bildirir. Diqqətə çatdırır ki, Bibiheybət ərazisi neftin kütləvi çıxarıldığı ilk yerlərdən biri olub. Azərbaycanın neft sənayesinin inkişafından söz açan müəllif Nobel qardaşlarının, Rotşildin ölkəmizdə bu istiqamətdəki fəaliyyətlərinə də toxunur. Qeyd edir ki, neftin tankerlə daşınmasının reallaşması da məhz bu dövrə təsadüf edir: “Həmin dövrdə Bakı dünyanın neft tələbatının təxminən yarısını təmin edirdi. Hətta bu şəhərdə neft axtarmağa ehtiyac da yox idi, çünki neft fontanlarına hər yerdə rast gəlmək olardı. Bütün bu zənginlik Bakını qədimliklə müasirliyin, Şərq və Qərb ənənələrinin qovuşduğu möhtəşəm bir şəhərə çevirdi”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib
26.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info