Nadir Şəfiyev: “Mixalkovun Qribayedov haqqında çəkəcəyi filmdən obyektivlik gözləmək absurddur”
Tarix: 03.02.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Ermənilər yalnız döyüş meydanında mübarizə aparmır, onlar həm də ideoloji mübarizədə yeni layihələrin icrasına başlayıb. Politoloq Nadir Şəfiyev buna misal olaraq rus kinorejissoru Nikita Mixalkovun dramaturq, diplomat Aleksandr Qribayedov haqqında filmin çəkilişini qeyd edir. Sosial şəbəkələrdə hətta azərbaycanlılar tərəfindən xəbəri paylaşılan filmlə bağlı detalları açıqlayan siyasi şərhçi teleserialda ermənilərin Qarabağa gəlmə olmalarına dair tarixi fakta obyektiv yanaşmanın olmayacağına işarə edib: “Mən rejissor Nikita Mixalkovun filmin çəkilişi ilə bağlı müsahibəsində toxunduğu məqama diqqət çəkmək istərdim. O, Qribayedovun guya İran ərazısındə əsirlikdə olan 40 min erməni ailəsinin Qarabağa geri qaytardığı ifadəsini işlədir. Artıq bu ifadədən sonra obyektiv filmin çəkilməsindən danışmaq absurd olardı”. N.Şəfiyev qeyd edir ki, layihənin ssenari müəlliflərindən biri erməni əsilli Aleksandr Adabaşyandır. Həm də 12-16 seriyadan ibarət olan filmin təqribən yarısı Qarabağda çəkiləcək, o ərazidə ki, hazırda erməni işğalı altındadır. Siyasi şərhçi Azərbaycan torpaqları olan Qarabağda rəsmi Bakıdan icazə alınmadan çəkilişlərin aparılmasını qeyri-qanuni adlandırır. Bütün bunları nəzərə alaraq obyektivliyə ümid etmədiyini qeyd edən politoloq bu cür metodların ideoloji baxımdan böyük təsirə malik olduğunu deyir. Haqlı mövqeyimizi dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan tərəfindən də dünya şöhrətli kinorejissor və aktyor heyətini dəvət etməklə yüksək səviyyəli tarixi filmlərin çəkilməsinə ehtiyac olduğu vurğulanır. Nadir Şəfiyev qeyd edir ki, “hərbi cəhətdən öndə olan Azərbaycan ideoloji cəhətdən də qələbəsini təmin etmək üçün belə layihələrdən istifadə etməlidir”.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info