Afaq Şıxlı məsul katib seçilib
Tarix: 03.02.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin 2015-ci ildə ilk toplantısı olub. Bu haqda AYB-ın Moskva bölməsinin mətbuat şurası məlumat verib.
İclasda AYB Moskva bölməsinin sədri professor Tofiq Məlikli və bölmənin üzvləri: İlham Bədəlbəyli, Nəsib Nəbioğlu, Sultan Mərzili, Afaq ŞIXLI və başqaları iştirak ediblər.
Bölmənin sədri Tofiq Məlikli şairləri salamlayaraq, iclasın başlıca məqsədinin ötən ilin yekunlarını və yeni 2015-ci ildə qarşıda duran məsələləri müzakirə etmək olduğunu bildirib.
Toplantı iştirakçıları ilk öncə yanvar ayının 27-də 70 yaşı tamam olan şair, tərcüməçi, Rusiya və Azərbaycan Yazarlar birliklərinin üzvü İlham Bədəlbəylini təbrik edərək ona uzun ömür, can sağlığı və yaradıcılıq uğurları diləyiblər. Dostlarının səmimiyyətindən mütəəssir olan şair, hər kəsə dərin təşəkkürlərini bildirib.
Professor Tofiq Məlikli görkəmli yazıçı Anarın Bakıda yeni nəşrdən çıxmış “Göz muncuğu” adlı povestini təqdim edərək, bu povestin müasir dövrümüzün problemlərini, mərdlik-namərdlik, ədalət- haqsızlıq kimi təzadlar arasında çırpınan insan talelərini əks etdirdiyini, əsərin oxucunu bir anlıq dayanıb həyatda necə yaşadığını düşünməyə vadar etdiyini söyləyib.
Daha sonra, bu il doğum gününün 90 illiyini qeyd edəcək və yaşadığı illərin sayı qədər kitab müəllifi olan, Moskvada yaşayan hörmətli yazıçı Əbdül Hüseynovun yubiley tədbirinə hazırlıq barədə söhbət açılıb. Əbdül müəllimin Bakıda Azərbaycan Yazıçılar birliyinin Natəvan klubunda yubiley tədbirinin keçirilməsi, ona prezident təqaüdü verilməsi haqda məsələ qaldırılması - bu ilin ilk işlərindən biri kimi gündəmə qoyulub.
Toplantı iştirakçılarının istəyilə, 2013-cü ildən əsası qoyulmuş “Poeziyanın dili dostluğun dilidir!” adlı rus və azərbaycanlı şairlərin birgə şeir gecəsinin, artıq ənənəvi olaraq, hər il dekabr ayının 17-də keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, 2014-cü il dekabrın 17-də keçirilən bu möhtəşəm gecəyə Bakıdan hörmətli şair Çingiz Əlioğlu da dəvət olunmuşdu.
Sonra, professor Tofiq Məlikli Moskvada yaşayan şair, publisist, tərcüməçi Afaq Şıxlının AYB Moskva bölməsinə məsul katib seçilməsi təklifini irəli sürüb. Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub. Toplantı yeni işıq üzü görmüş əsərlərin müzakirəsi ilə başa çatıb.

Fuad







 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info