“Die Welt”: “Rusiya uzunmüddətli tədricə hazırlaşır”
Tarix: 03.02.2015 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


“Rusiya tərəfindən qızılın bu cür alışı dollara bir amerikan silahı kimi reaksiya verilməsindən qaynaqlanır”

Almaniyanın "Die Welt” media qurumu Rusiyanın Qərb dövlətləri və qurumları tərəfindən uzunmüddətli təcrid olunmasına qarşı tədbirlər görməsindən yazıb. Yazıda qeyd edilir: “Neftin qiyməti və rubl sərbəst şəkildə düşür. Resessiya təhlükəsi var, Rusiyanın iqtisadi və maliyyə vəziyyəti gərginləşir. Bütün bunlara baxmayaraq, Kreml rekord sayda qızıl almağa və toplamağa başlayıb. Bu planın arxasında rusların böhran vaxtı necə hərəkət etdiklərini bilmək istəyənlər onların qızıl almasına baxsınlar. Kreml dekabrda da, daha öncəki səkkiz ayda olduğu kimi,özünün qızıl ehtiyatlarını artırıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Rusiya Mərkəzi Bankının qızıl ehtiyatları daha 19 ton artıb və ümumilikdə 1206 ton təşkil edir.
Rublun böhranına, neftin qiymətinin düşməsinə və valyuta ehtiyatlarının azalmasına baxmayaraq, Moskva əvvəlki kimi durmadan qızıl ehtiyatını artırır. Bu gün Rusiya SSRİ-nin dağılmasından indiyə kimi ən çox qızıl ehtiyatına malikdir. Bu ölkə ötən il qiymətli metala malik olmağa görə dünyanın ikinci iqtisadiyyatı olan Çini də geridə qoyub. Bununla da Rusiya dünyada qızıl ethiyatlarının həcminə görə 6-cı yerdə qərarlaşıb.
İqtisadi baxımdan bu cür alışlar təəccüblüdür, çünki bunlar ölkənin iqtisadi vəziyyəti ilə uyuşmur. Hazırda qızıl Rusiyanın qızıllı valyuta ehtiyatının 13 faizini təşkil edir. Bu isə 378 milyard dollar civarında götürülür”.
Yazıda qeyd edilir ki, Rusiya tərəfindən qızılın bu cür alışı dollara bir amerikan silahı kimi reaksiya verilməsindən qaynaqlanır: “Qızılın alışı burada tamamilə siyasi məna kəsb edir. Moskva var gücü ilə Qərbdən asılı olmamağa çalışır. Dollardan fərqli olaraq, qızıl hər hansı dövlətə məxsus hesab edlmir. Burada hər hansı bir dövlət həlledici səsə malik deyil,buna görə də dövlətlər qızıldan rahatca yararlana bilirlər. Bundan başqa,Vaşinqton az öncə dolları maliyyə silahı kimi işlətmək imkanından yararlanmağa başlayıb. Məsələn, arzuolunmaz dövlətlərlə transaksiya, hətta ABŞ-dan kənardakı banklara da qadağan edilib”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info