“ABŞ Ukraynada dövlət çevrilişində iştirakını etiraf edib”
Tarix: 03.02.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


“Yanukoviçin ölkədən qaçmasını CNN-ə şərh edən Obama bildirib ki, ABŞ sadəcə olaraq Kiyevdə "hakimiyyətin transferinə
kömək" edib”


ABŞ prezidenti Barak Obama Ukraynada baş verən hökumət dəyişikliyində Vaşinqtonun oynadığı mühüm rolu etiraf edib. Bu barədə açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki də deyilənləri etiraf edib: “Bu, sirr deyil ki, biz Ukrayna hökuməti və digər müvafiq şəxslərlə bu ölkəni normal həyata qaytarmaq üzərində
işləyirdik.

Bu istiqamətdəki səyləri həyata keçirməkdə ABŞ tək deyildi. Bu fəaliyyətdə həm Rusiya, həm də Avropa ölkələri bizə yardımçı idi. Onlar bizə bu istiqamətdəki fəaliyyətimizdə zəruri olan iqtisadi dəstəyi verdilər”. “RİA Novosti” qeyd edir ki, Ukraynadakı vəziyyəti və sabiq prezident Viktor Yanukoviçin ölkədən qaçmasını CNN-ə şərh edən Obama bildirib ki, ABŞ sadəcə olaraq Kiyevdə "hakimiyyətin transferinə kömək" edib. Barak Obamanın Ukraynadakı hakimiyyət dəyişikliyində Vaşinqtonun rolu olması ilə bağlı bəyanatını şərh edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, bu açıqlama Ukraynadakı dövlət çevrilişində ABŞ-ın əsas iştirakçı olduğunu təsdiq edir: “Dünya üzrə hər hansı bir yerdə münaqişə olan zaman bizim qərbli tərəfdaşlarımız tərəfindən həmişə hakimiyyətlə müxalifət arasında dialoq üçün çağırış edilir. Bu, hər yerdə belə olub. İstər Yəməndə, istər İraqda, istərsə də Əfqanıstan və Cənubi Sudanda… Amma nədənsə Ukrayna istisna təşkil edir. Bəzi qərbli həmkarlarımız Ukraynada dialoqla bağlı danışmaq belə, istəmirlər. Onlar rəsmi Kiyev hakimiyyətini dəstəkləyərək, onlar tərəfindən tətbiq edilən acıq neqativ addımlara bəraət qazandırırlar”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova “RİA Novosti”yə bildirib ki, ABŞ uzun müddət Ukraynadakı hadisələrlə əlaqəsinin olmadığını nümayiş etdirməyə çalışırdı. Onlar bu hadisələrin əsas baiskarı kimi Rusiyanı görürdülər. Zaxarova özünün şəxsi “Facebook” səhifəsində bildirib ki, ABŞ belə bir bəyanat verərkən Avropa barədə düşünməyib. Onun sözlərinə görə Vaşinqton bu etirafla Avropani pis vəziyyətdə qoyub: “ Belə görünür ki, Amerika tərəfindən gözlənilən “yeni etiraflar” sürpriz olmayacaq. Çox istərdik ki, indiyə qədər gizlədilən bəzi mövzular, məsələn Malayziya “Boinq”i barədə yeni açıqlamalar eşidək”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info