Azərbaycanda səfərbərlik hazırlığı üzrə tapşırıqlar həyata keçirilir
Tarix: 04.02.2015 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Təlimlər zamanı səfərbərlik hazırlığı üzrə tapşırıqlar mütəşəkkil qaydada həyata keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fevralın 2-dən başlayan irimiqyaslı təlimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin respublikanın qərb bölgəsində yerləşən şöbə və bölmələri iştirak edib.
Təlimlər zamanı hərbi birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə onların müharibə dövrünün ştatına uyğun komplektləşdirilməsi üçün ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri cəlb olunub.
Hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin çağırılması, Silahlı Qüvvələrin hərbi hissələrinə, birləşmələrinə çatdırılması və təhvil verilməsi tələb olunan həcmdə və vaxtda, mütəşəkkil qaydada həyata keçirilib.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna müvafiq olaraq bu işdə yerli icra hakimiyyəti orqanları iştirak edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə yaxından köməklik göstəriblər.
Müvafiq icra hakimiyyəti orqanlarının birlikdə apardıqları təbliğat və maarifləndirmə işlərinin nəticəsi olaraq təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər üzərlərinə düşən vəzifələri yerinə yetirməyə yüksək hazırlıq və vətənpərvərlik ruhu nümayiş etdiriblər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info