Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı buraxılan sınaq qatarı
Tarix: 04.02.2015 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Ölkə üçün böyük əhəmiyyət kəsb edən dünyanın 100 layihəsi siyahısına daxil edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə həyata keçirilən layihələrdəndir. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin nəzərədə tutulduğu vaxtda başa çatdırılması üçün tikinti işləri uğurla davam etdirilir.
"Azəryolservis" ASC-dən daxil olan məlumata görə, dəmiryolu layihəsinin Marabda-Kartsaxi hissəsində tikinti işlərinin sürətləndirilməsi məqsədilə 2011-ci ilin iyul ayında Gürcüstan Respublikasında “Azəryolservis" ASC-nin filialı yardılıb. İşlərin daha da səmərəliliyini təmin etmək üçün layihə 4 mərhələ üzrə Marabda-Tetritskaro, Tetritskaro-Tsalka, Tsalka-Axalıkalaki, Axalkalaki-Kartsaxi hissələrində aparılır.
Ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, çətin təbii relyefdən, dağlıq və meşəlik ərazilərindən keçən yolun tikintisi tərtib olunmuş gərgin iş qrafikinə uyğun olaraq demək olar ki, bütün sutka ərzində həyata keçirilib. Ümumilikdə Marabda-Kartsaxi hissənin tikintisində 1500 nəfərədən çoxişçi, 500-dən çox maşın-mexanizm cəlb olunub.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşa olunmuş Axalkalaki–Kartsaxi Türkiyə sərhədi sahəsində xəttə buraxılan ilk sınaq qatarının hərəkəti uğurlu başa çatıb. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, ”Azəryolservis “ASC-in sədri Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin iştirakı ilə Gürcüstan-Türkiyə sərhədindəki Kartsaxi stansiyasında sınaq qatarı xəttə buraxılıb. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Türkiyə ilə sərhəddə qatarın sınağını həyata keçirdiklərindən məmnun olduğunu bildirib.
Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün lazımi şərait yaradılıb. Layihənin 2015-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info