Politoloq: “İran Azərbaycanla münasibətdə “yol xəritəsi“ hazırlayıb təqdim etməlidir”
Tarix: 04.02.2015 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


“İran-Azərbaycan münasibətləri kövrək dövrünü yaşayır. İran-Azərbaycan münasibətlərini inkişaf etdirmək çətin, pozmaq və ya dağıtmaq isə çox asandır. İranın Azərbaycanla münasibətdə dönüş vəziyyəti yarada biləcək danışıqların apardığı, ciddi sənədlərin imzalandığı vaxtda İranın Ermənistana isti münasibət göstərməsi iki faktorla bağlıdır”.
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloqun sözlərinə görə, birincisi, iranlı məmurlar qloballaşma dövründə öz dövlət idarəçilik sistemlərini davamlı oturuşmuş sistem hesab etmirlər.
M.Əhmədoğlu hesab edir ki, bu gün İrana ən ciddi zərbə vuran məqam oturuşmuş dövlətçilik ənənələrinə riayət etməməsidir:
“İkincisi, İran-Azərbaycan münasibətlərinin köhnə neqativ baqajıdır. İranda müəyyən adamlar bu baqajdan xilas ola bilmirlər. Əgər İran Azərbaycana ciddi əməkdaşlıq təklif edirsə, bunun nəticə verməsini gözləmək lazımdır. Türkiyə-İran münasibətlərində olan gərginlikləri Azərbaycanla münasibətlərlə ekstrapolyasiya etmək lazım deyil. Sabah Azərbaycanın başqa dövlətlə ayrı münasibətlər sistemi yarana bilər. Azərbaycan müxtəlif dövlətlərlə müxtəlif münasibətlər sistemini qurmağı və idarə etməyi bacaran dövlətdir. Rəsmi Bakı İranla hansı münasibətlər sistemini razılaşdıracaqsa, bu münasibətlər sistemini Türkiyə, ABŞ, İsrail, Rusiya dağıda bilməyəcək. Bu gün Azərbaycan İranla danışıqlar aparır deyə digər dövlətlərlə münasibətlərini dondura bilməz. İran özünü güclü dərk etməli, ardıcıl addımlar atmalıdır”.
Politoloq hesab edir ki, İran Azərbaycanla qaz “svap”ı barədə müqavilə hazırlaya bilər, çünki Avropa Azərbaycandan qaz istəyir. Azərbaycan özünün daxilində istehlak etdiyi qazı İrandan ala bilər.
Onun sözlərinə görə, Azərbaycan daxili bazara yönəltdiyi qazını da Avropaya nəql edə bilər: “Avropa il ərzində əlavə 10-12 milyard m³ qaz əldə edir. Bu məsələyə Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar müdaxilə edə bilməz. İranın özünü güclü, etibarlı və inamlı tərəfdaş kimi aparmasının ən yaxşı variantı Azərbaycanla münasibətdə “yol xəritəsi” hazırlayıb Azərbaycana təqdim etməsidir. Xudafərin körpüsünün İran və Azərbaycan mütəxəssisləri tərəfindən öyrənilməsi mühüm əhəmiyyətli hadisədir. Xudafərin körpüsünün bir hissəsi erməni işğalı altındadır. İran azərbaycanlı mütəxəssislərin işğal olunmuş Azərbaycan torpaqlarına keçməsinə şərait yaratması üstün dəyərləndirilən hadisədir və geri çəkilməyə heç bir əsas yoxdur. Yeri gəlmişkən, ermənilər məlum Şuşa faciəsi kimi Xudafərin faciəsi də yarada bilərlər. İran sayıqlığını birə on artırmalıdır. İranın Azərbaycanla münasibətlər üçün hazırladığı “yol xəritəsi” ən azı iri layihələrin reallaşmasının başlanğıc dövrünü əhatə etməlidir. Azərbaycan İranın hazırladığı “yol xəritəsi”ni qəbul etdikdən sonra özbaşına hərəkət edəcəksə, yalnız o zaman İran Azərbaycandan inciyə, başqa fikirlərə düşə bilər”.
M.Əhmədoğlu vurğulayıb ki, İranın Ermənistana münasibəti İranın Türkmənistan və Azərbaycanla birlikdə qazı Avropa bazarına çıxarmaq niyyətlərini də ciddi şübhə altına salır:
“İranın xarici işlər naziri Cavad Zərifin İran-Ermənistan dəmir yolu barədə səsləndirdiyi fikirlər anlaşılmır. Rəşt-Astara dəmir yolunun və dəmir yolu üzərindəki körpünün tikintisi Rusiya və Azərbaycanla razılaşdırılıb. Bu iki dövlət İranın da payını maliyyələşdirəcəklər. Belə olan təqdirdə, İranın Astara-Rəşt dəmir yolunu tikməyə pulu çatmadığı halda, Ermənistana təxminən 3.5 milyard dollarlıq dəmir yolu çəkməsinin mahiyyəti qətiyyən anlaşılmır. Azərbaycanda İranı güclü dövlət bilirlər. İranın Ermənistan qarşısında belə yalanlar deməsi onun azərbaycanlılar qarşısında imicinə şübhə yaradır. Böyük dövlətlərlə nüvə texnologiyaları üzrə danışıqlarda yalan danışırsa, onu başa düşmək olar. İran Ermənistana yalan danışmalı deyil. Həm də yalan məsələsində Ermənistan bəlkə də İrandan üstündür”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info