İordaniyada iki terrorçu edam olunub
Tarix: 04.02.2015 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


İordaniyada pilot Muaz əl-Kasasbeyə amansızcasına divan tutulmasına cavab olaraq bu gün səhərçağı İordaniyanın hakimiyyət orqanları özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşma ilə əlaqələri olan iki terrorçunu asmaq yolu ilə edam ediblər.
İordaniyanın “Petra” dövlət informasiya agentliyi Daxili İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, bu gün səhər İran vətəndaşı, 2006-cı ildə terror fəaliyyətində və 2005-ci ildə Əmmanda 56 nəfərin həlak olması ilə nəticələnmiş üç otelin partladılmasında əli olmaqda ittiham edilərək məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum olunmuş Səcidə əl-Rişavi barəsində ölüm hökmü icra edilib. 2007-ci ildə insanların ölümü ilə nəticələnmiş terror fəaliyyətində ittiham üzrə ölüm cəzasına məhkum edilmiş iraqlı terrorçu Ziyad əl-Karbuli də bu gün səhər asılmaq yolu ilə edam olunub.
Xatırladaq ki, özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın (İŞİD) silahlıları tərəfindən dünən yayılmış videoda əsir götürülmüş iordaniyalı pilotun diri-diri yandırılaraq amansızcasına edam edilməsi göstərilir. İordaniya hakimiyyət orqanları bildiriblər ki, İordaniya vətəndaşı 2015-ci il yanvarın 3-də öldürülüb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
İrandan Avropa İttifaqına xəbərdarlıq
22.08.2019
Hindistan Cammu Kəşmirdə əlavə hərbi qüvvə yerləşdirdi
22.08.2019
İslam Əməkdaşlıq Təşkilatı Qüdsün Fələstinin paytaxtı olduğunu vurğuladı
21.08.2019
Husilәr ABŞ-a mәxsus PUA-nı vurdu
21.08.2019
Misir və Çinin Aralıq dənizində birgə hərbi təlimi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info