“New York Times”: “Səudiyyə Ərəbistanı ilə Rusiya arasında gizli danışıqlar olub”
Tarix: 04.02.2015 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı ilə Rusiya arasında Moskvanın Bəşər Əsəd rejiminə yardımın dayandırılması və neft qiymətlərinin artması ilə bağlı gizli danışıqlar olub.
Bu barədə “New York Times” Səudiyyə Ərəbistanı və ABŞ-dakı mənbələrə istinadən xəbər yayıb.
Məlum olub ki, Əsəd rejiminə dəstəyin azaldılması məqsədilə Səudiyyə Ərəbistanı rəsmiləri Rusiyaya təzyiqlər etməyə çalışıblar.
Qəzet yazır ki, Səudiyyə Ərəbistanı rəsmiləri rusiyalı həmkarlarına gizli saziş təklif ediblər və Bəşər Əsədə dəstəyin dayandırılacağı təqdirdə Səudiyyə Ərəbistanının da neft qiymətlərinə təsir edəcəyini bildiriblər.
Xüsusilə vurğulanır ki, Suriya mövzusu Səudiyyə Ərəbistanı nümayəndə heyətinin 2014-cü ilin noyabrında Moskvaya səfəri zamanı müzakirə olunan əsas məsələ olub.
Lakin danışıqların hələlik nəticə vermədiyini deyən mənbələr yeni kral Salman ibn Əbd-əl-Əziz tərəfindən bu istiqamətdə səylərin davam etdiriləcəyini istisna etmirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info