Azərbaycan Könüllülük Xidməti “İlin Könüllüsü”nü seçir
Tarix: 04.02.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Könüllülük Xidməti “İlin könüllüsü” mükafatına namizədlərin qəbulunu elan edir. “İlin könüllüsü” mükafatı 2015-ci ilin fevral ayında təşkil olunacaq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) İllik Yekun Tədbirində seçilmiş “İlin könüllüsü”nə təqdim olunacaq.
“İlin könüllüsü” mükafatı Azərbaycan Könüllülük Xidməti tərəfindən könüllülərin fəaliyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması məqsədilə təsis olunub.
“İlin könüllüsü” mükafatına 2014-cü il ərzində “AKX” Proqramı çərçivəsində iştirak etmiş könüllülər öz namizədliyini təqdim edə bilərlər. Seçim prossesi Azərbaycan Könüllülük Xidməti Proqramının Koordinasiya Şurası tərəfindən müraciət forması əsasında həyata keçirilir. Könüllülər üçün müraciət formasını www.akx.nayora.az ünvanına daxil olaraq doldurmaq mümkündür.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Könüllülük Xidməti Avropa Könüllülük Xidmətinin (EVS) Azərbaycan Modeli olaraq, gənclər arasında könüllülüyün təbliği və gənclərin könüllü fəaliyyətə cəlb olunması məqsədi ilə yaradılmışdır. 2014-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən Azərbaycan Könüllülük Xidməti Proqramı Respublikanın müxtəlif regionlarından və Bakı şəhərindən olan 15 Gənclər Evi və Mərkəzlərindən olan 20 könüllülün regionlararası mübadiləsini həyata keçirib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info