DSMF-yə xarici ölkələrdən müraciətlərin sayı 33,7 faiz artıb
Tarix: 04.02.2015 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb. Belə ki, 2013-cü il ilə müqayisədə bu qəbildən olan müraciətlər 33,7 faiz artıb.
2014-cü il ərzində DSMF-yə daxil olan 5101 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 3358 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.
Müraciətlərin sayına görə növbəti üstünlük təşkil edən ölkələr sırasında Тürkiyə Cümhuriyyəti gəlir və qardaş ölkədən Fonda 169 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi istiqamətindədir. DSMF-yə daxil olan digər 1574 müraciət isə ayrı-ayrı xarici ölkələrin və vətəndaşlardan daxil olmuş müraciətlərin payına düşür.


İlkin




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info