ƏƏSMN-də qeyri-dövlət yardım mərkəzləri ilə bağlı tədbir keçirilib
Tarix: 04.02.2015 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiya növbəti iclasını keçirib. Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmətin təşkilini təmin etmək məqsədilə indiyədək Komissiya tərəfindən 7 qeyri-dövlət yardım mərkəzinin akkreditasiya olunduğunu qeyd edib. O, bildirib ki, bir sıra təşkilatlar tərəfindən də akkreditasiya üçün müraciətlər olunub. Bu iclasda da məqsəd müraciət etmiş 4 qeyri-dövlət yardım mərkəzinin akreditə olunması məsələsinə baxılmasıdır. Akkreditasiya üçün müraciət etmiş qeyri-dövlət yardım mərkəzlərinin müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olması vacib şərtlər kimi diqqətdə saxlanır.
İclasda 4 qeyri-dövlət yardım mərkəzinin akkreditasiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş meyarlara uyğunluğu qiymətləndirilib. Aparılan müzakirələrdən sonra həmin təşkilatlardan 2-nin müvafiq sahədə təcrübəsizliyi, həmçinin sənədlərindəki çatışmazlıq səbəbindən onların akkreditasiyasından imtina edilib. Digər 2 qeyri-dövlət yardım mərkəzinin isə sosial xidmətlər göstərmək üçün maddi-texniki bazasına baxılması və sənədlərinin bir daha diqqətlə araşdırılması qərara alınıb. Məlumat üçün bildirək ki, qeyd olunan Komissiyanın tərkibi əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarətdir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib
12.07.2019
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info