Daşınmaz əmlakın elektron kadastr sistemi yaradılır
Tarix: 04.02.2015 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Fevralın 4-də Əmlak Məsələləri Dövlət Komitəsi “Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər” mövzusunda İctimai Təqdimat keçirdi.
Tədbir Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahələrində həyata keçirdiyi tədbirlər, əldə edilmiş nailiyyətlər və gələcək perspektivlərə həsr olunub. Tədbirin məqsədi həmçinin kadastr və ünvan işinin aparılmasında digər əlaqədar dövlət qurumları ilə fəaliyyəti əlaqələndirmək, koordinasiya işlərini sürətləndirməkdən ibarət olub. Eyni zamanda, bu prosesin həyata keçirilməsi zamanı həm ictimaiyyətin, həm də qurumların dəstəyinə nail olmaqdır.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı və tabeli qurumlarının, aidiyyəti nazirlik, komitə idarə və təşkilatlarının, yerli icra hakimiyyətləri, bələdiyyələr, Almaniyanın KfW Bankı və GİZ təşkilatı, ictimai birliklər və daşınmaz əmlakla bağlı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirildi.
Tədbiri giriş sözü ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov açdı. Sədr müavini qeyd etdi ki, dövlət başçısının müvafiq fərmanlarına əsasən, komitənin fəaliyyət istiqamətlərindən biri də ölkə üzrə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtibi və aparılmasıdır.
Bildirildi ki, respublika üzrə daşınmaz əmlakın kadastrı və ünvan reyestri ilə bağlı fəaliyyət həyata keçirilərkən digər aidiyyəti qurumlarla birlikdə hərəkət etmək, qarşılıqlı fəaliyyət göstərmək zəruridir. Məhz bu məqsədlə, bu tədbir digər dövlət qurumları, aidiyyəti və maraqlı təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilir.
Sədr müavini qeyd etdi ki, daşınmaz əmlakın kadastrı və ünvan reyestri kimi sahələr sosial baxımdan çox əhəmiyyətlidir. Ölkə üzrə daşınmaz əmlakların elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritələrinin tərtibi, ünvan məlumatlarını vahid virtual məkanda cəmləşdirən ünvan reyestrinin yaradılması bu işlərlə bilavasitə və ya dolayısı ilə əlaqəli olan digər təşkilatların da fəaliyyətlərinə təsir göstərir. Elektron kadastr məlumat bazası ölkədə əmlak idarəçiliyinin müasir əsaslarla qurulmasına, ünvan, əhali, hüquqi şəxslərin reyestri və kadastr orqanları ilə informasiya mübadiləsi aparmağa şərait yaradır.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ilk növbədə Bakı, Gəncə və respublika tabeli digər şəhərlər üçün daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazalarının və rəqəmsal kadastr xəritələrinin hazırlanmasına başlanılıb.
Tədbirdə Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılması Mərkəzinin Direktoru Ramiz Quliyev “Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər” mövzusunda çıxış etdi. Bildirildi ki, son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi, ölkədəki daşınmaz əmlakların rəqəmsal kadastr xəritələrinin hazırlanması ilə bağlı mühüm işlər həyata keçirilir. Azərbaycan Respublikasında qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir kadastr sistemi yaradılmaqdadır. Daşınmaz əmlakın kadastrı sahəsində qanunvericilik təkmilləşdirilir. Müxtəlif beynəlxalq layihələr həyata keçirilir, kadastr və ünvan istehsalatına ən müasir texnika və texnologiyalar gətirilir.
Mərkəzin direktoru qeyd etdi ki, Bakı şəhərinin 7 rayonunda kadastr işləri artıq yekunlaşıb. Hazırda Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Almaniyadan olan mütəxəssislərin iştirakı ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələrinin yaradılması işi icra olunur. 2016-cı ilin birinci yarımilliyində bu işin yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin, respublikanın 53 şəhər və rayonları üzrə sadələşdirilmiş elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşıb.
Beləliklə, 2015-ci ilin sonuna ölkəmizin kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazasına nail olunacaq. Yaxın 3-4 il ərzində Azərbaycan Respublikasının bütün ərazisindəki daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması işinin yekunlaşdırılması nəzərdə tutulur.
Məlum olduğu kimi, vətəndaşların, biznes qurumlarının, eləcə də dövlət orqanlarının gündəlik işində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ünvan məsələsidir. Ünvan sahəsində də ardıcıl fəaliyyət davam etdirilir. Hazırda respublikada ünvanvermə işləri yeni qaydalar əsasında aparılır.
Tədbirdə bildirildi ki, 2015-ci ilin sonuna Ünvan Reyestri İnformasiya Sistemi ölkə üzrə tam istifadəyə veriləcək. Bu sistemin işə salınması bu ildən etibarən mərhələlərlə ünvanvermə sahəsində də elektron xidmətlər tətbiq edilməsinə imkan yaradacaq. 2015-ci ilin II yarısından etibarən nəqliyyat vasitələrində GPS naviqatorlar üçün ünvanların məlumat bazasının istifadəyə verilməsi nəzərdə tutulur. 2015-2017-ci illərdə ölkə üzrə müasir dizaynlı ünvan lövhələrinin ölkə üzrə quraşdırılması işinin yekunlaşdırılması planlaşdırılır.
Daha sonra tədbirdə daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahəsində nailiyyətlər və nəticələri əks etdirən video-çarx nümayiş olundu. Həmçinin Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemi ilə bağlı digər çıxışlar və təqdimatlar oldu. Tədbir çərçivəsində müxtəlif müzakirələr aparılıb, sonda isə verilən suallar cavablandırıldı.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21.02.2019
Azərbaycanda yeni zəli növləri aşkar edilib
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info