Gəncədə 9 şəhər və rayonun işəgötürənləri üçün “Açıq qapı” günü
Tarix: 04.02.2015 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Gəncə şəhərində bu şəhərin, eləcə də Samux, Göygöl, Şəmkir, Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax rayonlarının işəgötürənləri üçün “Açıq qapı” günü keçirib. “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində keçirilən tədbir bölgədə fəaliyyət göstərən işəgötürənlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, norma və standartları barədə maarifləndirilməsi, onların bu məsələyə diqqətinin artırılması məqsədinə xidmət edib. DƏMX-in mütəxəssisləri iş yerlərində əməyin mühafizəsi tələblərinə əməl olunmamasının istehsalatla əlaqəli bədbəxt hadisələrə və bu hadisələr nəticəsində işçi insanların həlak olmalarına, xəsarət almalarına və ya peşə xəstəliyinə məruz qalmalarına səbəb olduğunu vurğulayıblar. Qeyd olunub ki, işçi insanların həyat və sağlamlığının qorunması baxımından daim aktual olan bu məsələyə hələ də bir sıra işəgötürənlər tərəfindən lazımınca diqqət yetirilmir. Təsadüfi deyil ki, son bir ildə respublikada əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar olunan hüquq pozuntularının 10,3 faizi əməyin mühafizəsinin tibbi-sosial məsələləri və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlı olub.
Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, norma və standartları barədə ətraflı məlumat verilib. Eyni zamanda işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsinin işəgötürənlərin əsas vəzifələrindən olduğu bildirilib, bu barədə tədbir iştirakçılarına hüquqi-praktik bilgilər verilib. Bölgədə fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində mövcud vəziyyət, əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsi üçün qarşıda duran vəzifələr də müzakirə olunub, işəgötürənlərin iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları ətraflı cavablandırılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info