Neftçalada sənaye məhəlləsi üçün 10 hektar ərazi ayrılıb
Tarix: 04.02.2015 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli Sərəncamına uyğun olaraq, “Azərbaycan İnvestisiya Şirkəti” səmərəli fəaliyyətə başlayıb. Artıq Neftçala rayonunda ərazini seçmişik. Qısa müddətdə layihələndirmə işlərini tamamlayıb, sənaye məhəlləsi üçün ayrılan 10 hektar ərazidə tikinti işlərinə başlayacağıq.
Bu sözləri “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin icraçı direktoru Rövşən Nəcəf AzərTAc-a eksklüziv müsahibəsində deyib. İcraçı direktor bildirib ki, ilin sonunadək sənaye məhəlləsinin birinci fazasının yekunlaşdırılması, yəni orada zəruri infrastrukturun və ilkin istehsal sahələrinin yaradılması nəzərdə tutulur.
“Biz Neftçala Sənaye Məhəlləsində müəssisələrin yaradılmasına maraq göstərən 16 şirkətlə danışıqlar aparırıq. Bunlar yerli şirkətlərdir, əcnəbi şirkətlərin iştirakı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Sənaye məhəlləsinin rezidenti olmaq istəyənlərdən layihələr qəbul edirik. Rezident sahibkarlara zəruri şərait yaradacağıq. Onlara güzəştli kreditlərin verilməsi, peşə treninqlərinin keçirilməsi, müxtəlif məsləhət xidmətlərinin göstərilməsi, mühasibatlığın aparılması və məhsulların satışı ilə bağlı müvafiq təlimlərin təşkili nəzərdə tutulur ”, –deyə Rövşən Nəcəf vurğulayıb.
R.Nəcəf qeyd edib ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Bu siyasətin uğurlu icrası nəticəsində ölkəmizdə müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib, minlərlə yeni iş yaradılır. Hazırda regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə diqqət yönəldilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info