İqtisad Universitetinin tələbələri onlayn sınaq imtahanı verə biləcəklər
Tarix: 04.02.2015 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri test imtahanlarına hazırlaşarkən sınaq imtahanı verə biləcəklər. “Özünü sına” onlayn sınaq imtahanı portalı ölkə universitetləri arasında ilk dəfə ADİU-da tətbiq olunur.
Bunun üçün istifadəçilər sinaqimtahani.net saytında qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanın nəticələri istifadəçinin şəxsi kabinetində saxlanılır. Portal bütün müasir platformalarda dəstəklənir. Layihə tələbələrin imtahanlara psixoloji hazırlanmasına da kömək edəcək.
Tələbə, magistr və dinləyicilər üçün nəzərdə tutulan saytda ADİU-da Azərbaycan, rus və ingilis dilində tədris edilən bütün fənlər (340-dan artıq) üzrə test bazası yerləşdirilib. Gələcəkdə isə buraya Azərbaycan mövzusunda imtahan proqramları, həmçinin xarici dil biliklərinin artırılmasına xidmət edən xüsusi proqramlar yüklənməsi nəzərdə tutulub.
Qısa müddət ərzində portalda 14 mindən çox istifadəçi qeydiyyatdan keçib. Sınaq imtahanında 300 min dəfədən artıq iştirak qeydiyyata alınıb.
“Özünü sına” – ADİU-nun İnformatika və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəqan Çələbizadənin startap layihəsidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info