Bu il Füzuli rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılacaq
Tarix: 04.02.2015 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Füzuli rayonunda keçirilən hesabat yığıncağında 2014-cü ildə rayonda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin uğurla icra olunduğu, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılıb.
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantıda rayon icra hakimiyyəti başçısının hesabat məruzəsi dinlənilib.
Bildirilib ki, 2014-cü il rayon sakinlərinin yaddaşında regionların inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin avqustun 28-də Füzuliyə səfəri ilə yaddaqalan və əlamətdar olub. Dövlət başçısı səfər çərçivəsində Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolunun, Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasının, Horadiz tikiş fabrikinin, tarix-diyarşünaslıq muzeyinin, 2 nömrəli körpələr evi-uşaq bağçasının və işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib, Bayraq Meydanında yaradılan şəraitlə və Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə tanış olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ötən il Horadiz şəhərində Qəhrəmanlar Parkı, bouinq zalı, Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə kompleksi inşa edilib, Heydər Əliyev parkı genişləndirilib, Gənclər prospekti salınıb. Beş küçə müasir dizaynla yenidən qurulub, rayon ərazisində 80 mindən artıq müxtəlif ağac və gül kolları əkilib.
Məlumat verilib ki, Horadiz şəhəri ilə yanaşı, rayonun kəndlərində də tikinti-quruculuq işləri aparılır. Əhmədbəyli kəndində 340 şagird yerlik gimnaziya, Bala Bəhmənli kəndində uşaq bağçası, Əhmədbəyli kəndində 35 çarpayılıq uşaq bağçası inşa edilir. Yaxın vaxtlarda rayon ərazisində məcburi köçkünlər üçün yeni qəsəbənin tikintisinə başlanılacaqdır.
Hesabat yığıncağında füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlərdən danışılıb, əhalinin təbii qaz, elektrik enerjisi və su təminatının yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verilib.
Yığıncaqda uğurlarla yanaşı, problemlər də qeyd edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Bildirilib ki, 2015-ci ildə rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılacaq, Birinci və On Birinci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidən qurulması, əhalinin sosial-iqtisadi rifahının gücləndirilməsi, suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Pənah Cahangirov iclasda çıxış edərək, ölkədə sosial-iqtisadi sahədə gedən inkişafdan və qarşıda duran vəzifələrdən danışıb.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info