Miqrantlar Rusiyanı tərk edirlər
Tarix: 04.02.2015 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Ermənilərin isə Rusiyaya axını artıb

2014-cü ilin ikinci yarısında Rusiyanı bir milyon əcnəbi tərk edib. Rusiya KİV-lərinin xəbərinə görə, bu barədə Federal Miqrasiya Xidməti (FMX) açıqlama yayıb.
Məlumatında 2014-cü ilin son altı ayında Rusiyanı ən çox Özbəkistan vətəndaşlarının tərk etdiyi bildirilib. Onların sayı 364 min nəfərdir. Rusiyanı say çoxluğuna görə ikinci tərk edənlər taciklərdir. 174 min nəfər Tacikistan vətəndaşı 2014-cü ilin ikinci yarımilində Rusiyadan gedib.
Həmin müddətdə Rusiyadan gedən Azərbaycan vətəndaşlarının sayı da açıqlanıb. 28 196 nəfər Azərbaycan vətəndaşı 2014-cü ilin ikinci yarısında Rusiyanı tərk edib.
2014-cü ildə Rusiyada olan Azərbaycan vətəndaşlarının sayı 591 228 nəfər göstərilib. 2015-ci ilin yanvar ayının göstəricilərində isə bu rəqəm 579 493 nəfər olub. 2014-cü ilin birinci yarımilində isə 16 461 nəfər Azərbaycan vətəndaşı Rusiyadan gedib.
Ermənistan və Moldova vətəndaşları isə əksinə, keçən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə daha çox Rusiyaya axın ediblər. Moldova vətəndaşlarının sayı 16,5 min, Ermənistan vətəndaşlarının sayı isə 44,3 min nəfər çoxalıb.
MDB ölkələri vətəndaşlarının Rusiyanı tərk etməsinin əsas səbəbi kimi ölkədə hökm sürən iqtisadi böhran, bahalaşma və rublun xarici valyutaya nisbətdə dəyərini kəskin itirməsi göstərilir.


Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info