Azərbaycan və Rusiya gömrük xidmətləri arasında üç sənəd imzalanıb
Tarix: 04.02.2015 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Dövlət Gömrük Komitəsində görüş keçirilib.
Dövlət Gömrük Komitəsində keçirilən görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iki qonşu ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb. Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən DGK sədri bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir.
A.Əliyev vurğulayıb ki, ölkələrarası münasibətlərin qurulmasında, inkişaf etdirilməsində gömrük orqanları da böyük rol oynayır və bugünkü görüş də əlaqələrin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov Rusiyanın regional əməkdaşlığa böyük önəm verdiyini və qonşu ölkələrlə daha da sıx əməkdaşlıq etmək istədiklərini açıqlayıb. Azərbaycana hər səfərində ölkə paytaxtının sürətlə inkişaf etdiyinin şahidi olduğunu vurğulayan qonaq bu inkişafın bütün sahələrdə, eləcə də gömrük sahəsində də müşahidə edildiyini bildirib.
A.Belyaninov bu gün Azərbaycan və Rusiyanın gömrük xidmətləri arasında əməkdaşlıq yüksək səviyyədə olduğunu və Azərbaycana budəfəki səfərinin qarşılıqlı əlaqələrin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda Azərbaycan və Rusiya gömrük xidmətləri arasında 3 sənəd – gömrük xidməti rəhbərlərinin işçi görüşünün protokolu, qarşılıqlı ticarət haqqında statistik məlumatların informasiya mübadiləsinin texnoloji sxemi və 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı fəaliyyətin planı imzalanıb.
Sənədləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov imzalayıblar.
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri fevralın 5-dək davam edəcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
BMT-nin Baş katibi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin əhalinin sülhə hazırlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info