Akademiyada Çin Mədəniyyət Mərkəzi açılıb [Yenilənib]
Tarix: 04.02.2015 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Çin Xalq Respublikasının nümayəndələri ilə görüş keçirilib.
Görüşü AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli giriş sözü ilə açaraq Azərbaycan-Çin münasibətlərindən danışıb. İki ölkə arasında uzun tarixi əlaqələrin mövcud olduğunu bildirən akademik İsa Həbibbəyli xüsusilə müstəqillik illərində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Çin əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÇXR-ə səfərindən sonra qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələnin başlandığını vurğulayan akademik İsa Həbibbəyli əsasən iqtisadi sahədə əməkdaşlıq quran ölkələrimizin mədəniyyət sferasında da əlaqələrinin genişləndiyini bildirib. İnstitut rəhbəri başçılıq etdiyi elmi-tədqiqat müəssisəsi barədə qonaqlara ətraflı məlumat verib. Müştərək elmi-ədəbi münasibətlərin əhatəsinin genişlənməsi məqsədilə yaradılan Mədəniyyət Mərkəzinin əməkdaşlığa böyük töhfə verəcəyini nəzərə çarpdıraraq xüsusilə ədəbiyyat sahəsində yaranacaq əməkdaşlığı yüksək dəyərləndirən akademik İsa Həbibbəyli Azərbaycan və Çin ədəbiyyatının təbliği məqsədilə geniş tərcümə şəbəkəsinin yaradılmasını, bu istiqamətdə qarşılıqlı elmi və ədəbi nəşrlərin çapının əhəmiyyətini vurğulayıb.
Bakı Dövlət Universiteti yanında Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli çıxış edərək Konfutsi İnstitutunun tarixindən və beynəlxalq əlaqələrindən danışıb. İnstitutun Çin tərəfdən direktoru Hu Fenhua öz çıxışında iki ölkə arasında elmi-ədəbi əməkdaşlığın inkişafı naminə yaradılan əlaqələrdən məmnunluq hissini ifadə edib, səmimi münasibətə görə Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra Nizami adına Ədəbiyyat İnstitutu ilə BDU yanında Konfutsi İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi akademik İsa Həbibbəyli, Hu Fenhua və Oqtay Cəlilbəyli imzalayıblar.
Müqavilədə Azərbaycanda Çin və Çində Azərbaycan mədəniyyətinin və ilk növbədə, ədəbiyyatının təbliğ edilməsi, Nizami adına Ədəbiyyat İnstitutu ilə Çin ali təhsil və tədqiqat müəssisələri arasında birgə elmi konfransların, videokonfransların, seminarların, nümayəndə heyətlərinin görüşlərinin təşkili, Azərbaycan və Çin ədəbiyyatları üzrə müqayisəli tədqiqatların, ədəbi əlaqələrə dair araşdırmaların aparılması, elmi nəşrlərin mübadiləsinin təşkili və s. məsələlər öz əksini tapıb.
Sonra AMEA-nın Əsas binasında hər iki institut tərəfindən birgə yaradılmış Çin Mədəniyyət Mərkəzinin açılışı olub. Açılış mərasimində akademik İsa Həbibbəyli, dosent Hu Fenhua, professor Rafiq Abbasov, filologiya elmləri doktoru Gülər Abdullabəyova və başqaları çıxış ediblər. Mədəniyyət Mərkəzinə Çin ədəbiyyatından bəhs edən kitablar hədiyyə olunub.
Görüşdə Konfutsi İnstitutunun nümayəndələri ilə yanaşı ÇXR-in Azərbaycandakı səfirliyinin əməkdaşları, Ədəbiyyat İnstitutunun rəhbərliyi, televiziya və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Nigar Abdullayeva






 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info