Biləsuvarda əhalinin tibbi müayinəsinə başlanılıb
Tarix: 05.02.2015 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Biləsuvarın səhiyyə ocaqlarında əhalinin profilaktik tibbi müayinəsinə başlanılıb.
Rayon mərkəzi xəstəxanasından bildiriblər ki, kampaniyanın mütəşəkkil surətdə başa çatdırılması üçün bütün zəruri tədbirlər görülüb. Hazırda rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır.
Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim briqadalarının apardığı profilaktik müayinələr əhali tərəfindən böyük razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokordioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən müalicə olunmasına şərait yaradır. Müayinələr ilk növbədə idarə, müəssisə və təşkilatlarda çalışanları əhatə edir. Əhalinin aksiyaya fəal cəlb olunması üçün kənd və qəsəbələrdə fəal iş aparılır.
Ümumiyyətlə, rayonda humanitar aksiya çərçivəsində 3 xəstəxanada, 21 həkim və feldşer məntəqəsində çalışan 90 həkim və 297 orta tibb personalından ibarət 7 həkim briqadası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla 26 yaşayış məntəqəsində 97 mindən çox əhalini profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
Humanitar aksiya əvvəlcədən tərtib edilən cədvələ uyğun olaraq, fevralın 1-dən başlayıb və may ayının sonunadək davam edəcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info