Azərbaycan və Pakistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar
Tarix: 05.02.2015 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


"Azərbaycan və Pakistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar. Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir". Bu barədə Pakistanın Azərbaycandakı səfirliyində 5 fevral - Kəşmir Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser deyib.
Səfir bildirib ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altında olan Azərbaycan torpağı, Kəşmir isə Hindistan ilə mübahisəli ərazidir və Kəşmir xalqına BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən verilmiş öz müqəddəratını təyin etmək hüquqlarını inkar edir.
İki münaqişə arasında oxşarlıqlar barədə danışan diplomat BMT TŞ qətnamələrinin icra olunmaması, beynəlxalq hüququn pozulması, əhalinin köçürülməsi, dini abidələrin təhqir olunması, mədəni irsin məhv edilməsi, atəşkəsin işğalçı qüvvələr tərəfindən pozulması, işğal olunmuş ərazilərdə demokrafik dəyişikliklərə cəhd edilməsini nəzərə çatdırıb.
Diplomat bildirib ki, Pakistan hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info