Xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxslərin nəzərinə
Tarix: 05.02.2015 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün ərizə-anket”in formasını təsdiq edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, formada xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının şəkli, soyadı, adı, atasının adı, əgər soyadını və ya adını dəyişibsə, səbəbləri göstərilməklə əvvəlki soyadı və ya adı, doğulduğu tarix (gün, ay, il), doğulduğu yer, milliyyəti, cinsi, ailə vəziyyəti (nikahda, dul, subay), Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədin seriyası və nömrəsi, verilməsi tarixi (gün, ay, il), etibarlılıq müddəti (gün, ay, il), eləcə də vətəndaşlığını qəbul etdiyi xarici dövlətin rəsmi adı, vətəndaşlığı əldə etməyinə dair əsaslar (Azərbaycan vətəndaşının həmin xarici dövlətin ərazisində doğulduğu, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslar və başqa əsaslar) göstərilməlidir.
Ərizə-anket formasında Azərbaycan vətəndaşının xarici dövlətin vətəndaşlığını əldə etdiyi tarix, xarici dövlətin vətəndaşlığını təsdiq edən pasportun və ya digər sərhədkeçmə sənədinin seriyası və nömrəsi, verilməsi tarixi (gün, ay, il), etibarlılıq müddəti (gün, ay, il), ərizəni şəxsin qanuni nümayəndəsi verirsə, həmin şəxsin soyadı, adı və atasının adı, doğulduğu tarix (gün, ay, il), doğulduğu yer, vətəndaşlığı, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi, imzası, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənədin nömrəsi, verilməsi tarixi (gün, ay, il), etibarlılıq müddəti (gün, ay, il) və kim tərəfindən verilməsi yer almalıdır.
Sənəddə həmçinin xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının onunla birlikdə xarici dövlətin vətəndaşlığını qəbul etmiş yetkinlik yaşına çatmayan uşaqlarının soyadı, adı və atasının adı, doğum tarixi, (gün, ay, il), doğum yeri, pasportunun və ya digər sərhədkeçmə sənədinin (pasportu olmayan şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin) seriyası və nömrəsi də qeyd olunmalıdır. Formada xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı Azərbaycanda və xarici dövlətdə qeydiyyatda olduğu və hazırda yaşadığı yerin ünvanı, telefon nömrəsi (ev, mobil, olduğu halda iş) və elektron poçt ünvanını da göstərməlidir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info