"Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində öz köməyini təklif edə bilər"
Tarix: 05.02.2015 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


"Almaniya hökuməti Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Əminəm ki, Almaniya bu təhlükəli regional münaqişənin həllində öz köməyini təklif edə bilər". Bunu Trend-ə açıqlamasında Minsk qrupunun 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” olmasına münasibət bildirərkən almaniyalı xarici əlaqələr üzrə ekspert Riçard Kiessler deyib.
Qeyd edək ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev mediaya ATƏT PA-nın bu ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlayıb.
R.Kiessler bildirib ki, Almaniya artıq ATƏT-in Minsk qrupunun üzvüdür: "Münaqişənin həllində vasitəçiliyi əsas oyunçular həyata keçirirlər. Almaniya kanslerinin bəyan etdiyi kimi, Berlin Minsk prosesində yardımçı ola bilər. Xanım Merkelin Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri zamanı qeyd etdiyi kimi, indiyə qədər Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".
Xatırladaq ki, hazırda Minsk qrupunun həmsədrlər institutuna ABŞ, Rusiya və Fransa daxildir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib
16.03.2019
Aİ: Azərbaycanla hərtərəfli sazişin imzalanması prioritet vəzifə olaraq qalır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info