Naxçıvanda yeni elektron xidmət yaradılıb
Tarix: 05.02.2015 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında elektron xidmətlər sahəsində daha bir yeniliyə imza atılıb. Muxtar respublika Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində daşınmaz əmlakın məlumat bazası yaradılaraq milli qeydiyyat sistemi proqramı vasitəsilə avtomatlaşdırılmış şəkildə lokal idarəetmə təşkil olunub.
Müvafiq portalın istifadəyə verilməsi sayəsində muxtar respublika sakinləri əlavə vaxt sərf etmədən birbaşa olduqları yerdən daşınmaz əmlaklarını qeydiyyatdan keçirmək üçün internet vasitəsilə onlayn müraciət etməklə plastik kartlarla ödəniş edə bilirlər.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın təmin olunması və sosial amillərin gücləndirilməsi istiqamətində atılan addımlardan biri də mobil ofisin yaradılmasıdır.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bildiriblər ki, xüsusi imtiyazlı təbəqədən olan insanlara (əlil, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət etmək çətinliyi olan vətəndaşlar) daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və digər xidmətlərin yerində göstərilməsi məqsədilə “NAZ-Lifan-6401” markalı minik-vaqon avtomobili mobil ofis səviyyəsində dizayn edilib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən səyyar xidmətlərin göstərilməsi üçün tətbiq edilən bu yenilik qeydiyyat xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını təmin etməklə yanaşı, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı sahəsində səmərəliliyinin artırılmasına xidmət edir.
Vətəndaşların daha rahat və vaxt itkisinə yol vermədən ödənişlərini elektron formada aparmaları üçün bu xidmət onlayn elektron ödəmə sisteminə (“Golden Pay”) inteqrasiya edilib. Yaradılan sistem, eyni zamanda, əhalinin reyestrindən istifadə etməyə imkan verir ki, bu da vətəndaşların şəxsiyyətinin müəyyənləşdirilməsində bir sıra çətinliklərin aradan qaldırılmasına şərait yaradır. Başqa sözlə, əmlaklar üzərində etibar edilməmiş vətəndaşlar tərəfindən əməliyyat aparılmasının qarşısı alınır. Həmçinin əgər əvvəllər vətəndaşlar şəxsiyyət vəsiqələri tələb olunduqda onu özləri ilə götürmədikdə, təkrar Xidmətə gəlməyə məcbur olurdularsa, evdən onlayn müraciətlər zamanı vətəndaş bu problemlərlə qarşılaşmır. Bununla yanaşı, xidmətdə POS-terminal quraşdırılıb ki, bu da vətəndaşlara plastik kartlardan istifadə etməklə ödəniş aparmağa imkan verir.
Elektron xidmətlərdən istifadə etmək üçün vətəndaşlar və ya hüquqi şəxslər Naxçıvan Muxtar Respublikasının elektron portalına (e-hokumet.nmr.az) daxil olaraq “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” sözünü seçməli və ya dedrx.nakhchivan.az saytına qoşulub “Elektron xidmətlər portalı” yazılmış bölməyə daxil olduqdan sonra müvafiq xidməti seçərək elektron xidmətlər portalına qoşula bilərlər. Orada “Dövlət rüsumunu ödə” hissəsinə daxil olduqda qanunla nəzərdə tutulmuş rüsum ödənilməsi ilə bağlı məlumat əks edilir.
Məlumatda göstərilənlərlə razılaşdıqda “Bu ərizənin göndərilməsinə razıyam” sözünün qarşısına işarə qoyduqdan sonra “ödə” düyməsi aktivləşir. “Ödə” düyməsini vurduqda “Golden Pay” ödəmə sistemi açılır və göstərilən məlumatları doldurduqdan sonra vətəndaşın plastik kartından müvafiq məbləğ çıxılır. Bundan sonra istifadəçilər müraciət olunan xidmətə xidmət haqqı tələb olunursa, “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” bölməsinə daxil olaraq müraciətin nömrəsini yazmaqla xidmət haqqının məbləğini öyrəndikdən sonra “Xidmət haqqının ödənilməsi” bölməsindən müvafiq ödənişi edə bilərlər.
Hazırda 21 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir və təqdim edilən xidmətlərin sayının artırılması istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, bu tədbirlər “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifə və tapşırıqların icrası istiqamətində həyata keçirilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info