Yunanıstanın yeni Baş nazirini Berlində gözləyirlər
Tarix: 05.02.2015 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Yunanıstanın yeni Baş naziri Aleksis Tsipras sərt qənaət siyasətinə son qoymaq niyyətindədir. Bu məqsədlə o, avrozonada müttəfiqlər axtarışı ilə fəal məşğuldur. Tsipras bu vəzifədə işə başlayandan sonra ilk növbədə Berlinə deyil, Kiprə, Romaya, Brüsselə və Parisə səfər edib. Radikal Solçu Qüvvələr Koalisiyasının (SİRİZA) lideri Almaniya hökumətini danışıqlarda özünün əsas tərəfdaşı hesab etmədiyini heç vaxt gizlətməyib. Yunanların fikrincə, onların ölkəsinin üzləşdiyi iqtisadi çətinliklərin səbəbkarı məhz Almaniya hökumətidir. Buna görə də Tsipras Berlinə səfər etməyə tələsmir və bunu nümayişkaranə şəkildə təsdiq edir.
Ola bilsin ki, Tsipras bu “qəliz” tərəfdaşla danışıqlara başlamazdan əvvəl Avropa İttifaqı tərəfindən kompromisə hazırlığın dərəcəsini müəyyən etməyə çalışacaqdır. Yunanıstan avrozonada qalmaq istəyir, lakin öz borclarının bir hissəsinin silinməsinə nail olmağa çalışır. Berlin və Brüssel bunu inkar edir. Görünür, Berlinə qarşı “müttəfiqlər” axtarışı asan məsələ deyil.
Bununla bərabər, federal hökumət eyhamla bildirib ki, Tsipras Berlində “arzu edilən qonaq” olacaq. AFR kansleri Angela Merkel bu səfərin ləngiməsinə sakit münasibət bəsləyir. Görünür, xanım Merkel yaxşı bilir ki, Tsipras onunla görüşü uzun müddət təxirə sala bilməyəcək.
Berlində Aleksis Tsiprası danışıqların səmimi tonu və mahiyyət etibarilə sərt arqumentlər gözləyir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info