Serj Sarkisyana qarşı petisiyaya 20 minə yaxın səs toplanıb
Tarix: 05.02.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupun Ermənistanın prezidenti Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün başladığı petisiya 1 həftə ərzində 20 mindən çox səs toplayıb. Səs verənlər arasında hətta ermənilər və erməni KİV-ləri də var. Hədəf isə 100 min səsdir. Artıq adıçəkilən petisiya ölkə cəmiyyətində geniş yayılıb və bu həftədən ali təhsil müəssisələri də aktiv şəkildə petsiyaya qoşulurlar. Bundan əlavə “Xaricdə Təhsil” Dövlət Proqramı çərçivəsində müxtəlif ölkələrdə (Türkiyə, İngiltərə, Ukrayna, Belçika, Rusiya, Nederland və s.) təhsil alan həmyerlilərimizdə bu petisiyanı dəstəkləyir və gündəmdə saxlayırlar. Milli Məclisin üzvləri, millət vəkillər Qənirə Paşayeva, Adil Əliyev və başqaları da petisiyanı dəstəkləyiblər. Eyni zamanda qardaş Türkiyədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, millət vəkili Sinan Oğan Türkiyə gəncliyinə və tərəfdaşlarına səslənərək, petisiyanı dəstəkləyib. Qeyd edək ki, ölkəmizin məşhur mədəniyyət xadimləri də imzatoplama aksiyasına öz töhfələrini verirlər. Müxtəlif sosial şəbəkələr üzrə (“Facebook”, “Twitter”, “Google”, “İnstagram”) geniş yayılan petisiya artıq erməni tərəfini çox narahat edir və qarşı tərəfin bəzi KİV-ləri ölkəmizin bu təşəbbüsünü şərh ediblər. Xatırladırıq ki, İşçi Qrup 100 min səs toplandıqdan sonra petisiyanı BMT Təhlükəsizlik Şurasına ünvanlayacaq.

Petisiyanı Sizdə dəstəkləyin. Bunun üçün verilmiş keçiddən (https://secure.avaaz.org/en/petition/United_Nations_Security_Council_Recognize_Serzh_Sargsyan_the_President_of_Armenia_as_a_war_criminal_1/?preview=live) istifadə edərək, səs verin.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info