“Bakı 2015” Avropa Oyunlarının yayımlanması üçün beş Avropa ölkəsi ilə saziş imzalanıb
Tarix: 05.02.2015 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi beş Avropa ölkəsi ilə əsas yayım sazişlərini imzalayıb. Belə ki, İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniya da birinci Avropa Oyunlarının yayımlanmasını təmin edəcək ölkələr siyahısına daxil edilib. Bağlanmış yeni müqavilələrə əsasən, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın “RTV Sloveniya” və Portuqaliyanın ödənişli “Sport TV” adlı ictimai televiziya şirkətləri Oyunlar müddətində Avropa Oyunlarını gündəlik olaraq bütün gün ərzində və ya minimum saatlar çərçivəsində yayımlayacaq. Təşkilat Komitəsindən (TK) qeyd edilib ki, “Bakı 2015” artıq dünyada bir milyarddan artıq tamaşaçının yarışları izləyə bilməsini təmin edəcək yeni sazişlərə malikdir. Oyunlar müddətində yarışları geniş şəkildə işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı “Açılış” və “Bağlanış” mərasimlərini də canlı olaraq yayımlayacaq. Televiziya şəbəkəsində, həmçinin, “Bakı 2015” Avropa Oyunları ilə bağlı gedən hazırlıqlara həsr olunmuş bir sıra “Bakıya yol” (Road to Baku) verilişləri də nümayiş olunacaq. “Sport TV” şirkəti isə əvvəlcədən təyin edilmiş və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda, Mozambik və Anqolada Oyunların yayımını təmin edəcək. “RTV Sloveniya”, Latviyanın LTV və Estoniyanın ERR televiziya şirkətləri də oyunların geniş şəkildə işıqlandırılması öhdəliyinə malikdirlər. TK-dan bildirilib ki, 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarını da yayımlamaq hüququna sahib olan bu televiziya şirkətləri böyük çoxnövlü idman yarışlarının yayımlanmasında mühüm təcrübəyə malikdirlər.
Qeyd edək ki, ilk Avropa Oyunlarının yayımlanmasının təşkili üçün müqavilə bağlanmış ölkələrin sayı hazırda 47-yə çatıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info