“REX”: “ABŞ gürcülərə bircinsli nikahlar təlqin edir”
Tarix: 05.02.2015 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


“REX” İnformasiya Agentliyi “Qruzinform”un baş redaktoru Arno Xidirbeqişvbilinin ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norlanda açıq məktubunu yayıb.
Məktubda ABŞ-ın həyata keçirdiyi fəaliyyətə ironik yanaşma ilə bərabər, aşağıdakı sarkastik fikirlər yer alıb: “ABŞ Gürcüstanın qayğısına necə qalır: Məsələn, Gürcüstanda işsizlik olduğunu və hökumətin xalqı yedirə bilmədiyini bilən ABŞ Gürcüstan xalqını özü yedirməyi qərara alıb. Qürurlu gürcü xalqının özünü dilənçi hesab etməməsi və inciməməsi üçün ABŞ Dövlət Departamenti delikat forma tapıb. ABŞ Gürcüstanda minlərlə QHT yaradıb, onlara heç nədən yüz milyonlarla dollar verir. Belə olduqda, QHT-çilər özləri yemlənmiş olurlar, qalan xalqı isə “amerikan arzusu” barədə nağıllarla yedirirlər. ABŞ-a can atan gürcülərin qayğısına qalmaqla, ABŞ Amerikanı Gürcüstanda yaratmağı qərara alıb. Bunun üçün isə o, gürcülərin hirslənməməsi üçün amerikanlarla yox, Amerikada məktəb keçmiş gürcülərlə butafor gürcü hakimiyyətini komplektləşdirib. Gürcülərin bərabər olması üçün ABŞ gürcülərin azad olmasını, hətta Tanrıdan da azad olmasını qərara alıb. “Biz dördüncü əsrdən bəri xristianıq” deyən gürcülərin inciməməsi üçün onlar Gürcüstanda “Açıq cəmiyyət”, “Şəffaf cəmiyyət”, “Azadlıq institutu” tətbiq ediblər. Bu qurumlar durmadan bizə təlqin edirlər: “Öz günahından utanma və öz məhrəm yerlərini Adəm və Həvva kimi örtmə. Əgər sən fahişə olsan belə, bu cür hərəkət et. İstədiyin kimi açıq, şəffaf və azad ol! Sən gürcüsən və deməli, avropalısan, buna görə də sənin üçün inçest və bircinsli nikahlar normal hal olmalıdır. Məsihə inanma, özünə inan. Tanrının azad insanı ol, qulu olma! Sən elitar azlıqsan, sən hamı kimi deyilsən, sənin bərabərhüquqluların antidiskriminasiya qanununu dəstəkləyir, sən də özünün qeyri-ənənəvi fərdiliyinlə öyünməlisən!”
Gürcüstanın müdafiə xərcləri ölkə büdcəsinin 10 faizini təşkil edir və hətta, amerikan yardımına baxmayaraq, bu müdafiə, dövləti qonşu ölkələr olan - Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan ordusundan qorumağa qadir deyil. Buna görə də ABŞ gürcüləri özü qorumağa qərar verib və Gürcüstanda NATO hərbi bazasının yaradılmasına çalışır. Qürurlu gürcülərin “Biz qurucu Davidin zamanından böyük döyüşçülərik” deməsinin və inciməsinin qarşısını almaq üçün Pentaqon Gürcüstanı qoruyan bir neçə gürcü bölməsinə təlim keçir. Amma o, bu təlimi yalnız İraqda, Əfqanıstanda, Afrikada və Ukraynada keçir. Gürcüstanda keçmir”.
Bundan başqa, yazıda Gürcüstanın separatçı qurumlarla müharibəyə cəlb edildiyi, Rusiya tərəfindən hərbi müdaxiləyə məruz qoyulduğu, buna görə xeyli sayda insanın öldüyü, ölkənin ciddi itkilərə məruz qaldığı, əhalinin olduqca yoxsul kökə düşdüyü bildirilir. Bunlara baxmayaraq, ABŞ-ın belə hala düşmüş Gürcüstandan dünyada “demokratiya adası” imici yaratmağa çalışdığına da sərt rişxənd edilir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info