“Qətər Əmiri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir”
Tarix: 05.02.2015 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Qətərdəki səfiri Tofiq Abdullayev bu ölkənin iqtisadiyyat və kommersiya naziri Şeyx Əhməd bin Cassim Al-Tani ilə görüşüb.
Səfirlikdən bildirilib ki, görüşdə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi, 2014-cü ildə Azərbaycan Prezidenti ilə Qətər Əmirinin Soçi şəhərində Qış Olimpiadası zamanı keçirilən görüşündə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qərarlarının icrası ilə bağlı məsələlər nəzərdən keçirilib. Həmçinin ötən dövrdə həyata keçirilən qarşılıqlı səfərlər zamanı iqtisadi, sərmayə, ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi və işgüzar dairələr tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində atılacaq konkret addımlar müzakirə olunub.
Nazir Şeyx Əhməd bin Cassim Al-Tani ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrində maraqlı olduğunu, Qətər dövləti Əmirinin bu əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.
Səfir Tofiq Abdullayev keçən illər ərzində Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin Qətərə, eyni zamanda, Qətər İnvestisiya Qurumu nümayəndə heyətinin Bakıya tanışlıq səfərinin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsində vacib amil olduğunu diqqətə çatdırıb. Səfir belə səfərlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib.

Təhminə






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info