Ukrayna ilə aqrar sahədə birgə müəssisələr yaradıla bilər
Tarix: 05.02.2015 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Ukrayna Ali Radasının millət vəkili Serqey Tarutanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin məlumatına görə, görüşün məqsədi kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
İ.Quliyev ölkələrimiz arasında başqa sahələrdə olduğu kimi aqrar sahədə də əməkdaşlığın yüksək səviyyədə olmasının, həmçinin Ukraynanın aqrar sahədə əldə etdiyi təcrübədən, o cümlədən hər iki ölkənin idxal-ixrac potensialından istifadə olunmasının vacibliyini qeyd edib. Nazir müavini aqroparkların yaradılması, aqrobiznes investisiyalarının daha da təşviq edilməsi məqsədilə ölkələrarası elmi-texniki əməkdaşlıq və bitki mühafizəsi sahəsində olduğu kimi baytarlıq sahəsində də əməkdaşlığa dair sazişlərin imzalanmasının vacibliyini vurğulayıb.
Ukraynalı millət vəkili iki ölkə arasında aqrar sahədə birgə müəssisələrin yaradılması, taxılçılıq, xüsusilə seleksiya sahəsində təcrübə mübadiləsinin aparılması, həmçinin heyvandarlığın inkişafı sahəsində də əlaqələrin genişləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info