“Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 15 milyard dollara çatdırılmalıdır “
Tarix: 05.02.2015 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


“Bu il Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcək”.
"Stargündem.com" saytının verdiyi məlumata görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.
"Türkiyə və Azərbaycan arasındakı ticarətin inkişafı ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadi münasibətləri genişləndirilməsi məqsədi ilə martın 6-da hər bir ölkənin iqtisadiyyat nazirləri bir araya gələcək. Məqsədimiz Xəzər dənizini dostluq və nəqliyyat dənizi halına gətirməkdir”, - deyə nazir bildirib.
N. Zeybekçi qeyd edib ki, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsini qısa müddət ərzində 15 mlrd. dollara çatdırmaq lazımdır.
"Bizim TANAP kimi layihəmiz var. Layihənin tikintisində istifadə ediləcək boruların 80%-i Türkiyə şirkətləri tərəfindən istehsal ediləcək. Bunun üçün də ticarətin sadələşdirilməsi lazımdır. İki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı olaraq ticarətin sadələşdirilməsinə çalışırıq. Mütəxəssislərimiz artıq üç dəfə görüşüblər. Cari ilin sonuna qədər bu işləri yekunlaşdırmaq istəyirik”, - deyə o bildirib.
Türkiyə hökumətinin rəsmisi bildirib ki, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün iş adamları və vətəndaşları üçün viza rejimi sadələşdirilməlidir.
Türk mətbuatının yazdığına görə, N.Zeybekçi artıq Azərbaycanın baş nazirin birinci müavini Abid Şərifov ilə da görüşüb. Görüş mətbuat üçün qapalı olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info