“Expert Online”: “Ermənistan AŞPA-da niyə səhv etdi?”
Tarix: 05.02.2015 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


“Rusiya-Azərbaycan münasibətlərində sıxlaşma rəsmi İrəvan üçün çox ciddi problem ola bilər”

“Expert Online” media qurumunda Gevorq Mirzəyan adlı müəllif erməni-rus münasibətlərinin getdikcə korlanması barədə “Ermənistan AŞPA-da niyə səhv etdi?” başlıqlı maraqlı təhlil yazıb. Yazıda qeyd edilir ki, yanvarın sonunda Ermənistan-Rusiya münasibətlərinə növbəti zərbə vurulub: “AŞPA-da erməni deputatlar Rusiyanın Assambleyada səs hüququndan məhrum edilməsinə qarşı çıxış etməyiblər. 7 Ermənistan deputatından üçü Rusiyanın səs hüququndan məhrum edilməsi barədə qətnamənin səsverməsində iştirak etməyiblər. Qalan dörd nəfər isə ümumiyyətlə, səsvermə zamanı xəstəlik səbəbilə orada olmayıblar. Bu fakt Moskvanın cavab hərəkətləri fonunda itmişdi, yalnız indi tərəflər bu olayın önəmini dərk etməyə başlayıblar. Günahkarların özləri situasiyanı dramatikləşdirməməyə və səsvermənin nəticələrində hansısa gizli məna axtarmamağa çağırırlar. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan deyib: “Biz hətta bir-birimizlə bu barədə anlaşmamışdıq, çünki zalın ayrı-ayrı tərəflərində oturmuşduq.
Sual belə qoyulmuşdu: “Siz Rusiya Federasiyasının səlahiyyətlərinin dayandırılmasına tərəfdarsınızmı?” Biz təbii ki, bunun əleyhinə idik və səs vermədik”.
Amma bu cür fikirlər yazıda əsassız hesab edilir: “Birincisi, ermənilər səsvermədən ona görə yayınıblar ki, Qərblə münasibətləri “genosid”in 100 illiyi ərəfəsində korlamaq istəmirlər. Erməni politoloqlar bildirirlər ki, Ermənistan ötən ilin martında BMT Baş Assambleyasında Krıma görə səsvermədə Rusiyanın lehinə səs verdiyinə və Moskvaya loyallıq göstərdiyinə görə onsuz da Qərbdə öz reputasiyasını korlayıb. Rusiyanın BMT Baş Assambleyasındakı qoruyucuları real olaraq aqressor tərəfdarları kimi görünürdülər, AŞPA divarları arxasında isə onlar demokratik prosedurların saxlanılması lehinə çıxış etdilər. Hər şeydən çox onlar, faktiki olaraq Rusiya üzrə xüsusi məruzəçi Stefan Şennaxın Moskvanı səs hüququndan məhrum etməmək barədə tövsiyəsini dəstəklədilər.
İkncisi, erməni rəhbərliyi hazırkı səsvermədən həm Kremlə, həm də Gümrü hadisəsindən sonra öz əhalisinə Rusiyanın xarici siyasətindən narazılığını göstərmək üçün istifadə etmək istədi”.
Daha sonra qeyd edilir ki, İrəvan Moskvann Bakı ilə sıx münasibətlərinə görə daim Rusiyaya öz irdadlarını bildirir, xüsusilə də Azərbaycana rus silahlarının satıılması mısələsində erməni tərəfinin narazılığı kəskin nəzərə çarpır.
O da qeyd edilir ki, əgər Türkiyə və Azərbaycan nümayəndələri AŞPA-da birmənalı olaraq Rusiyanı dəstəkləməsəydilər, Ermənistanın səsvermədə bu cür iştirakı o qədər də önəm kəsb etməzdi. İki dövlətin Rusiyanı birmənalı dəstəkləməsi isə Ermənistanın Rusiya üçün xeyirsiz davranışını daha çılpaqlığı ilə ortaya qoymağa imkan yaradıb. Erməni KİV-də Rusiya, Türkiyə və Azərbaycan arasında bu baxımdan sözləşmə olması ilə bağlı versiyalar da hallandırıldı. Belə yazdılar ki, guya tərəflər Azərbaycan və Türkiyənin Rusiyanı dəstəkləməsinə görə, Moskva da AŞPA-nın apreldə “erməni genosidi” ilə bağlı qətnaməsinə səs verməyəcək.
O da bildirilir ki, Rusiya-Azərbaycan münasibətlərində sıxlaşma rəsmi İrəvan üçün çox ciddi problem ola bilər. Təkcə ona görə yox ki, bu halda, Azərbaycanın önəmi avtomatik olaraq Rusiya üçün Ermənistanın önəmini keçəcək, bundan sonra isə Moskva Qarabağın və onun ətrafındakı 7 rayonun Bakıya qaytarılmasına razılıq verəcək, belə halda Ermənistan indiki davranışları ilə özü qorxduğu situasiyanı yaratmış olacaq.
Ermənistanın hadisələrə bu cür reaksyası Moskvada gözlənilən narazılığı doğura bilər, onda isə Rusiya dövlətinin Qarabağ münaqişəsindəki simpatiyası Bakıya meyillənəcək: “Bakı, İrəvandan fərqli olaraq Rusiya xarici siyasətinin əsas vektoru roluna iddia etmir, sadəcə Moskvadan konkret regional məsələ ilə bağlı konkret dəstək almaq istəyir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info