Şahbuz rayonunun quruculuq xəritəsi genişlənir
Tarix: 05.02.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Şahbuz rayonunda həyata keçirilən quruculuq tədbirləri bölgənin füsunkar gözəlliyinə əlavə çalarlar qatıb. Rayon mərkəzində rabitə evinin əsaslı təmiri, şəhər mərkəzinin tikintisi başa çatdırılıb.
Rayonun Gömür kəndində kompleks quruculuq tədbirləri çərçivəsində kənd və xidmət mərkəzləri inşa olunub, feldşer-mama məntəqəsi üçün bina tikilib. Həmin yaşayış məntəqəsində 110 şagird yerlik tam orta məktəb binası yenidən qurulub.
Şahbuz şəhərində bir yaşayış binasının təmiri başa çatdırılıb, 1 yaşayış binasında bu tədbir davam etdirilib. Ahıllar evinin əsaslı təmiri, 216 şagird yerlik 2 nömrəli tam orta məktəb binasının tikintisi, Sələsüz və Nursu kəndlərinin hər birində 234 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması da bölgədə aparılan quruculuq tədbirlərindəndir.
Ən ucqar dağ kəndi olan Nursu kəndində həm də xidmət mərkəzi və həkim ambulatoriyası binaları tikilib. Xalq şairi Məmməd Arazın ev-muzeyi istifadəyə verilib.
“Rayon mərkəzi və ətraf kənd¬lərdə su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması” layihəsi çərçivəsində 16,18 kilometr içməli su xətti, 1,9 kilometr kanalizasiya şəbəkəsi çəkilib, 276 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb, 30 metr kaptaj tikilib.
Hazırda Şahbuz şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilir.

Təhminə





 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info