“Gəncə Şəhər İdman Mərkəzinin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanacaq
Tarix: 05.02.2015 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Fevralın 6-da Yaponiya hökumətinin “Mədəniyyət üzrə ot kökləri” qrant yardımı proqramı (MOQYP) çərçivəsində reallaşdırılan “Gəncə Şəhər İdman Mərkəzinin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçiriləcəkdir.
Gəncə Şəhər İdman Mərkəzinin binasında keçiriləcək mərasimdə layihə üzrə qrant sazişini Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşİ və “Gənclərin Sosial Problemlərinin Həllinə Yardım” İctimai Birliyinin sədri Anar Aslanov imzalayacaqlar.
Yaponiyanın ölkəmizdəki səfirliyindən bildiriblər ki, layihənin əsas məqsədi Gəncə Şəhər İdman Mərkəzini təmir etməklə Azərbaycanın qərb hissəsində yaşayan gənclər arasında idman mədəniyyətini təşviq edərək onların cəmiyyətdə sağlam inkişafına töhfə verməkdir.
Bu, Yaponiya hökumətinin “Mədəniyyət üzrə ot kökləri” qrant yardımı proqramının Gəncədə ilk layihəsidir. Həyata keçiriləcək layihənin ümumi məbləği 103,087 ABŞ dolları təşkil edir.
Yaponiya hökumətinin yuxarıda qeyd olunan proqramı çərçivəsində artıq Azərbaycanda bu layihə də daxil olmaqla ümumi məbləği 571,310 ABŞ dolları olan yeddi layihə üzrə qrant müqaviləsi imzalanıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info