İş şəraiti təhlükə doğuran iki müəssisədə işlər dayandırılıb
Tarix: 05.02.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində fevralın 5-də aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə bir sıra tikinti sahələrində əmək qanunvericiliyinə əməl olunması, o cümlədən əməyin mühafizəsi vəziyyətinin yerindəcə araşdırılması üçün dövlət nəzarəti tədbirləri həyata keçirib.
Dövlət nəzarəti tədbirləri zamanı fiziki şəxs İmanov Fədai Ərzuman oğluna məxsus müəssisə tərəfindən Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsi, 48 ünvanında inşa olunan 2 bloklu, 9 mərtəbəli yaşayış binasının tikintisində əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və standartlarının ciddi şəkildə pozulduğu, iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün təhlükə doğurduğu, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün heç bir profilaktik tədbirlərin görülmədiyi məlum olub. Həmçinin, işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib. DƏMX tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq həmin müəssisədə işlər burada aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Bununla əlaqədar qeyd olunan tikinti obyektinin sahibinə aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilməklə, müvafiq qaydada protokol tərtib olunub.
Eyni zamanda Gəncə şəhər sakini, fiziki şəxs Həsənov İsmət Anar oğluna məxsus olan, Samux rayonunun Sarıqamış kəndində, Bozdağ yaşayış massivində yerləşən fermer təsərrüfatı ərazisindəki tikinti obyektində də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulduğu, iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün təhlükə doğurduğu aşkar edilib. Müəssisədə işlər aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Habelə müəssisədə çalışan işçilər tərəfindən DƏMX-ə ünvanlanmış, əmək hüquqlarının təmin olunmamasına dair şikayət xarakterli müraciətlərin araşdırılmasına başlanılıb.
Xatırladaq ki, DƏMX tərəfindən “Təhlükəsiz iş ongünlüyü”nün elan edilməsi iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunması sahəsində hələ də mövcud olan nöqsanların aradan qaldırılmasına, işəgötürənlərin, ümumən cəmiyyətin bu sahəyə diqqətinin artırılmasına yönəlib. Tədbir çərçivəsində paytaxtda və respublikanın bölgələrində “Açıq qapı” günü formasında işəgötürənlərin əməyin mühafizəsi üzrə norma və standartlar barədə ətraflı məlumatlandırılması işləri də aparılır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info