Hazırda ölkədə toxum və ting istehsalında ixtisaslaşmış 372 özəl təsərrüfat fəaliyyət göstərir
Tarix: 05.02.2015 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyinin hesabatına görə, 2014-cü ildə məhsul istehsalı üçün 1612,7 min hektar sahə əkin altında istifadə edilib. Əkin sahələrinin 1000,5 min hektarını və ya 62,0 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 165,7 min hektarını və ya 10,3 faizini kartof, tərəvəz və bostan bitkiləri, 43,7 min hektarını və ya 2,7 faizini texniki bitkilər (pambıq, tütün, şəkər çuğunduru, günəbaxan və s.), 402,7 min hektarını və ya 25 faizini yem bitkiləri təşkil edib. İstifadə edilməyən sahələr (111,2 min hektar) isə əkinlərin növbələşdirilməsinə uyğun olaraq dincə qoyulan və herik kimi becərilən sahələrdir.
2014-cü ildə mövcud 134,2 min hektar meyvə, 16,1 min hektar üzüm bağlarında və 904 hektar çay plantasiyalarında aqrotexniki qaydada becərmə işləri aparılıb.
2014-cü ildə 955 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) məhsulu yığılaraq, hər hektardan 22,8 sentner olmaqla cəmi 2179,3 min ton məhsul istehsal olunub. Yığılmış ümumi taxıl sahəsinin 604 min hektarını buğda bitkisi təşkil edir ki, bu sahələrdən də cəmi 1446,5 min ton və ya hər hektardan 23,9 sentner buğda istehsal edilib. Eyni zamanda, 37,6 min hektar dən üçün qarğıdalı sahəsindən hər hektardan 54,1 sentner olmaqla 203,6 min ton məhsul yığılıb. Bunlarla yanaşı, 61,7 min hektar kartof sahəsindən 819,3 min ton kartof, 76 min hektar tərəvəz bitkiləri sahələrindən 1187,7 min ton tərəvəz, 28 min hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 440,9 min ton bostan, 11,7 min hektar dən üçün günəbaxan sahəsindən 20,3 min ton günəbaxan, 1,1 min hektar tütün sahəsindən 2,9 min ton tütün yarpağı, 5,6 min hektar şəkər çuğunduru sahəsindən 175,1 min ton şəkər çuğunduru, 22,9 min hektar pambıq sahəsindən 41 min ton pambıq məhsulu yığılıb. İstehsalçılar tərəfindən 849,9 min ton meyvə məhsulları, 147,7 min ton üzüm və 474,2 ton yaşıl çay yarpağı istehsal edilib.
Cari mövsümün kənd təsərrüfatı istehsalı üçün olduqca əlverişsiz keçməsi nəticəsində 1 dekabr 2014-cü ildə keçən ilin müvafiq dövrünə nisbətən ümumi taxıl istehsalı 20,9 faiz, o cümlədən buğda istehsalı 23,6 faiz, kartof istehsalı 17,5 faiz, tərəvəz istehsalı 3,9 faiz, şəkər çuğunduru istehsalı 7,5 faiz azalıb. Bununla belə, dən üçün günəbaxan istehsalı 11,8 faiz, ərzaq üçün bostan məhsulları istehsalı 2,6 faiz artıb. Bitkiçilik sahəsində rəqabətqabiliyyətliliyin artırılmasının mühüm şərtlərindən biri kimi son illər toxumçuluq təsərrüfatlarına göstərilən dövlət qayğının artırılması nəticəsində bu təsərrüfatların fəaliyyəti daha da genişləndirilib. “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə” Əsasnamənin tələblərinə uyğun olaraq daxil olan müraciətlərə baxılıb və 2014-cü ildə 71 fiziki və hüquqi şəxs toxum istehsalçılarının reyestrinə daxil edilib və onlara müvafiq şəhadətnamə verilib. Hazırda respublika üzrə cəmi toxum və ting istehsalında ixtisaslaşmış 372 özəl təsərrüfat fəaliyyət göstərir.
2014-cü ildə dövlət və özəl toxumçuluq təsərrüfatları tərəfindən cəmi 163,6 min ton taxıl toxumu istehsal edilib. İstehsal olunmuş taxıl toxumunun 111,6 min tonu buğda, 52 min tonu arpa toxumudur. Cəmi istehsal olunmuş toxumun 26,2 tonunu orijinal, 158,8 tonunu superelit, 2181 tonunu elit, 16,3 min tonunu R1, 44,9 min tonunu R2 və 100,0 min tonunu reproduksiyasız toxumlar təşkil edib. Toxum istehsalının 36,7 faizi ixtisaslaşmış özəl toxumçuluq təsərrüfatlarının, 1,5 faizi Aqrar Elm Mərkəzinin, 0,7 faizi DKTİM MMC-lərin, 61,1 faizi isə bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan ayrı-ayrı fiziki və hüquqi şəxslərin payına düşür.
Toxum təminatına görə yaranmış çətinliklərlə əlaqədar rayonlardan nazirliyə daxil olan çoxsaylı müraciətlərin həlli məqsədilə bir sıra rayonlara növbəti ilin məhsul yığımında qaytarılması şərti ilə istehsalçıların “Azərtoxum” MMC tərəfindən taxıl məhsulları toxumu ilə təchiz edilməsi təmin olunub. Daha sonra həmin istehsalçılara verilmiş toxumun pulu dövlət büdcəsi vəsaiti hesabına ödənilib.
2015-ci ilin yanvarın 1-i vəziyyətinə payızlıq əkinlər üçün 1017,0 min hektar sahədə şum qaldırılıb, 892,3 min hektarda dən və yaşıl yem üçün o cümlədən 875,7 min hektar dən üçün payızlıq taxıl səpilib ki, onun da 537,2 min hektarını buğda, 338,4 min hektarını arpa təşkil edir. Nazirlik tərəfindən şum və səpin aparılması ciddi nəzarətə götürülüb, bəzi rayonlarda qərargahlar yaradılıb, ərazi kənd təsərrüfatı idarələrindən şum və səpinin gedişatı barədə gündəlik operativ məlumatlar toplanılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“Azeri Light”ın bir barreli 68,60 dollara satılır
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info