Azərbaycan və Türkiyə xarici ölkələrdə birgə müəssisələr yaradacaq
Tarix: 05.02.2015 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Şahin Mustafayev: “Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya əsas nəqliyyat layihəsi olmaqla ölkələrimizin tranzit imkanlarını artıracaq”

Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Türkiyə nümayəndə heyəti həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Qonaqlar “Türk Şəhidliyi” abidəsini də ziyarət ediblər.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev türkiyəli həmkarı, iqtisadiyyat naziri Nihat Zeybekcinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Şahin Mustafayev Azərbaycan-Türkiyə siyasi-iqtisadi əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini, əlaqələrimizin dünyada nümunə olduğunu vurğulayıb. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. İndiyədək 40-ı iqtisadi sahədə olmaqla, Azərbaycan və Türkiyə arasında 190-a yaxın sənəd imzalanıb. Hazırda Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycan Türkiyəyə 5 mlrd. ABŞ dolları, Türkiyə isə ölkəmizə 6,3 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və Türkiyə bir sıra iri enerji və nəqliyyat layihələrinin fəal iştirakçılarıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya əsas nəqliyyat layihəsi olmaqla ölkələrimizin tranzit imkanlarını artıracaq. Şahin Mustafayev iki ölkə arasında ikitərəfli və tranzit yükdaşımalarının inkişaf etdirilməsi, aqroparkların yaradılması, sənaye parklarına Türkiyə investorlarının cəlb edilməsi, eləcə də ixracın təşviqi mexanizmləri və sənaye məhəllələrinin yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, kənd təsərrüfatı, qida, tekstil, turizm, bankçılıq sahələrində əməkdaşlığın genişləndirilməsi, 3-cü ölkələrdə birgə müəssisələrin yaradılması imkanlarını qeyd etmiş, bu sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsini təklif edib. Bundan başqa, Şahin Mustafayev yaxın iki ay ərzində üçtərəfli formatda Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran iqtisadiyyat nazirlərinin görüşünün və biznes forumların təşkil olunmasını təklif etmiş və bu barədə razılığa gəlinib. Bundan başqa, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatında da bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci qardaş Azərbaycana səfərindən, ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə etmiş, Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nihat Zeybekci ölkələrimizin mövcud potensialından istifadə etməklə iqtisadi əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, iqtisadi əməkdaşlığın yeni istiqamətlərinə dair fikirlərini bölüşmüş, kənd təsərrüfatı sahəsində preferensial ticarət əlaqələrinin yaradılması təklifi ilə çıxış edib.
Görüşdə iş adamları birliklərinin, o cümlədən Türkiyədə Azərbaycan İş Adamları Birliyinin fəaliyyətinin dəstəklənməsinin davam etdirilməsi qərara alınıb.
İqtisadiyyat nazirlərinin görüşündə həmçinin, PETKİM, STAR, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars layihələrinin icrası, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.


İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info