Kəndlərdə yaşayan gənclərə ipoteka krediti verilməsi təklif olunur
Tarix: 05.02.2015 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Əli Həsənov Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından, bu sahəyə göstərilən dövlət qayğısından danışıb

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na həsr olunmuş iclası keçirilib. İclasda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimovvə gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycanda gənclərlə bağlı görülən işlərdən söz açıb, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın gənclər üçün əhəmiyyətindən danışıb. Gənclər və idman naziri A.Rəhimov “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın rəmzi və əməli dəyərinin çox böyük olduğunu söyləyib: “Strategiya 10 il bundan sonrakı Azərbaycanın gənc vətəndaşlarını təsvir edir. İlk növbədə diqqət çəkmək istəyirəm ki, Strategiya “dövlət gənclər siyasətinin inkişaf strategiyası” deyil, “Azərbaycan gənclərinin inkişaf strategiyası”dır. Strategiyada qarşıya qoyulan 32 vəzifənin həyata keçirilməsi tək Gənclər və İdman Nazirliyinin deyil, digər nazirliklərin və gənclər təşkilatlarının üzərinə qoyulur. Strategiyanın həyata keçirilməsi ilə bağlı ildə ən azı bir dəfə dövlət başçısına məlumat verilməlidir. Strategiya təşəbbüskar və məsuliyyətli gənclərin yetişməsi istiqamətində mühüm yol göstərir”. Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, Azərbaycanda heç bir peşə bayramı Gənclər Günü kimi qeyd edilmir. F.Hacıyev “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın həyata keçirilməsi istiqamətində təkliflərlə çıxış edib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov kəndlərdə yaşayan gənclərə ev tikintisi üçün ipoteka kreditlərinin verilməsini, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Tələbə Gənclər Gününün qeyd edilməsini, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbələrdə məcburi köçkün gənclər üçün İnkişaf mərkəzləri yaradılmasını təklif edib. Mövzu ilə bağlı Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat Muzeyinin Gənc Alimlər Şurasının Nəzmiyyə Yiğitoğlu çıxış ediblər. Tədbirdə səslənən təkliflər Gənclər və İdman Nazirliyinə təqdim olunacaq. İclasa yekun vuran Əli Həsənov Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından, bu sahəyə göstərilən dövlət qayğısından danışıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info